FOND

 

Hal-hazırda muzeyin fondunda 8000-ə qədər eksponat qorunub saxlanılır. Bura A.Şaiq və onun ailəsinə məxsus xatirə əşyaları, kitablar, orijinal fotolar, əlyazmalar və sənədlər, teatrla bağlı materiallar, incəsənət əsərləri daxildir. Ekspozisiya otaqlarında A. Şaiqin yazı masası, A.Şaiqin ailəsinə məxsus mebel dəsti, Fransa istehsalı olan əntiq divar saatı, inkrustasiyalı yemək masası, A.Şaiqin yazı masası, şəxsi əşyaları, geyimi, ailədə istifadə edilən mis qab-qacaq və digər maraq doğuran xatirə əşyaları nümayiş etdirilir.

Muzeyin çox zəngin kitab fondu var ki, burada A.Şaiqin şəxsi kitabxanasına məxsus nadir biblioqrafik nəşrlər, onun yaratdığı dərsliklər, əsərləri ilk dəfə nəşr olunan dövrü mətbuat nümunələri, ədibin yaradıcılığına, şəxsiyyətinə həsr edilmiş zəngin ədəbiyyat, oğlu Kamal Talıbzadənin ədəbi yaradıcılığını əks etdirən nəşrlər toplanıb. “Əlyazmaları və sənədlər fondu”nda Şaiqin gənclik illərinə məxsus qəzəl dəftərləri, elmi-pedaqoji, ədəbi-tənqidi əsərlərinin, bədii tərcümələrinin, repressiya dövrü yaradıcılığının əlyazmaları qorunur. Bu qiymətli əlyazmaları əsasında muzeydə yeni kitablar tərtib edilib. “Orijinal fotolar fondu”nda Abdulla Şaiqin həyatını, yaradıcılığını, ədəbi-pedaqoji, ictimai fəaliyyənini əks etdirən maraqlı fotoşəkillər vardır. Muzeyin ekspozisiyasını yüksək sənətkarlıqla işlənmiş rəssamlıq və heykəltəraşlıq əsərləri, süjetli əl xalçası bəzəyir. Mikayıl Abdullayevin, Salam Salamzadənin, Tofiq Kərimovun, Musa Xudayarovun, Əli Zeynalovun, Qafar Seyfullayevin, Asəf Cəfərovun, Nəcəfqulunun, Davud Kazımovun, Natiq Əliyevin, Afət Mahmudovanın yaratdığı incəsənət əsərləri fondun ən zəngin və qiymətli eksponatlarındandır.

Muzeyin kolleksiyasına həmçinin Abdulla Şaiqin böyük qardaşı görkəmli ictimai-siyasi xadim Yusif Ziya Talıbzadənin, oğlu Kamal Talıbzadənin həyat və yaradıcılığı ilə bağlı materiallar (əsərlərinin əlyazmaları, nəşrlər, sənədlər) daxil edilib.


FONDUN ŞÖBƏLƏRİ


1. Xatirə əşyaları (X.Ə.)


2. Teatr sənədləri (T.S.)


3. İncəsənət əsərləri (İ.Ə.)


4. Fəxri fərman və ünvanlar (F.F.Ü.)


5. Proqramlar, afişalar, dəvətnamələr (P.A.D.)


6. Əlyazmaları (Ə.Y.)


7. Qədim, yeni və hədiyyə kitabları (Q.Y.H.K)


8. Kino, foto, fono (K.F.F.)


9. Orijinal fotolar ( O.F.)


10.C.D.


11.Numizmatika (Num.)


12.Neqativ fondu (N.)




Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

“Canlı Dərbənd çiçəyi”


  Dərbəndin gül bağından dərdim qönçə bir çiçək,
  Rəngi, ətri, görkəmi bir-birindən göyçək...
  Bu sevimli çiçəyim payızı yaza qatdı,
  Sevdi yeni yurdunu, dərindən rişə atdı.
  Həyatının baharı verdi ona üç budaq,
  Hər budaqda parladı ulduz kmi bir çıraq.
  Ömrümün bağçasını şənləndirdi bu üç gül,
  Onlardan ilham alır bu qoca şair könül.
  Onlardır qol-budağım, onlardır şən diləyim,
  Yetişdirdi bunları “Canlı Dərbənd çiçəyim”.

1947   


 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.