EKSPOZİSİYA

 

Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir. 1-ci otaq o dövrdə şüşəbənd funksiyasını daşıyır və mətbəx kimi istifadə olunurdu. İndi isə bu otaq A.Şaiqin dünya şöhrətinə həsr olunub. Burada şairin yaradıcılığını, şəxsiyyətini yüksək qiymətləndirən məşhur ziyalıların, onun müəllim və yaradıcı dostlarının səkilləri var. Vitrinlərdə A.Şaiqin əsərlərinin alman, fransız, polyak, rus və s. dillərə tərcüməsi, özünün etdiyi tərcümələr, əlyazmaları, müxtəlif jurnallarda onun haqqında cıxmış yazılar, ədibin 130 illiyinə aid materiallar nümayiş olunur. Bundan əlavə otaqda A.Şaiqin ailəsinə məxsus güzgü, mətbəxdə işlətdiyi mis qablar da bu otaqda öz yerini tapıb.

2-ci otaqda A.Şaiqin anadan olduğu Borçalı mahalı, ədibin nəsil şəcərəsi, şəxsi həyatı, valideynləri, ailəsi və güzəranı əhatə olunub. Bu otaqda A.Şaiqin atasının, anasının, qardaşının və həyat yoldaşının portretləri nümayiş etdirilir. 1-ci guşədə ədibin atası Axund Mustafa haqqında məlumat, onun imzası ilə olan bəzi sənədlər, A.Şaiqin uşaqlıq illərinin fotosu, onun oxuduğu Rüşdiyyə məktəbinin və yaşadığı Borcalı mahalının fotoları yerləşdirilib.

2-ci guşədə anası Mehri xanımın uşaqları ilə birlikdə Xorasana səfəri, qohumlarının şəkilləri, vitrində Şaiqin qəzəllərinin əlyazmasının surəti nümayiş olunur.
Divarda muzeyin sifarişi ilə toxunmuş süjetli xalca otağa xüsusi gözəllik dolğunluq verir. Başqa bir guşədə ədibin qardaşı Axund Yusif Talıbzadənin dini fəaliyyəti, yazdığı kitablar, başqa yazı materialları, fotolar yer alıb.

4-cü guşədə Şaiqin həyat yoldaşı Şahzadə xanım, onun ailəsi ilə bağlı fotoşəkillər yer alıb. Otağın mərkəzində olan stol və stullar, divardan asılan Fransada istehsal olunmuş saat buranın qonaq otağı olduğunu təsdiqləyir.

3-cü otaq Şaiqin pedaqoji və dramaturji fəaliyyətindən bəhs edir. Divarlarda onun müəllimlik hüququ alması barədə sənədlər, dərs dediyi məktəblərin, “Şaiq Nümunə Məktəbi”nin tələbələrinin fotoşəkilləri numayiş etdirilir.

Vitrinlərdə Şaiqin yaratdığı ilk dərsliklərin əsli, ədibin uşaq ədəbiyyatı, sözlərinə bəstələnmiş mahnıların notları və s. yerləşdirilib.

Guşələrdən biri Şaiqin dramaturji fəaliyyətinə həsr edilib. Onun Gənc Tamaşaçılar Teatrında pedaqoji hissə müdiri vəzifəsində çalışdığı vaxt gördüyü işlər, səhnələşdirdiyi əsərlərin fotoları, afişaları var.

4-cü otağın ekspozisiyası A.Şaiqin bədii yaradıcılığı, ictimai-siyasi həyatını əks etdirir. Bu otaq ədibin iş otaqı olub. Yazı masası, mütaliə etdiyi kitablar bunu təsdiq edə bilər. Bundan əlavə şairin şəxsi əşyaları, geyimləri, ailəsinə məxsus olan şifoner, divan, kreslolar nümayiş edilir.

Bu otaqda onun oğlu Kamal müəllimin də guşəsi özünə yer tapıb. Burada onun yaradıcılığı, yazdığı kitablar, divarda isə onun bütün həyat fəaliyyəti, gənclik dövrü, ailəsini əks etdirən fotoşəkillər yerləşdirilmişdir.



Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 


  Nə diyorlar, bəşərlə firdovsə
  Dönəcəkmiş, deyilmi, dünyamız?!
  Biri insan mələk olurmu desə,
  Mən derim: bir misalı var bakınız,
  Bu təbii şüarı-munislə
  Bəncə: Şaiq nümunədir mələkə!..

İsmayıl Hikmət  


 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.