NƏŞRLƏR
Abdulla Şaiq “Arazdan Turana” Çapa hazırlayan, tərtibçi və qeydlərin müəllifi: sənətşünaslıq namizədi Minaxanım Əsədli; elmi redaktoru və ön sözün müəllifi: akademik Kamal Talıbzadə; rəyçilər: f. e. n. Məmməd Adilov, f. e. n. Paşa Kərimov; rəssamı: Vüsal Bağırov. Bakı, “Nurlan”, 2003. – 264 səh. |
|
Kamal Talıbzadə “Kübarlıq məktəbi” Tərtibcilər: Rəfiqə Talıbzadə, Arzu Hacızadə; redaktoru: Ülkər Talıbzadə. Xəzər Universiteti Nəşriyyatı, 2007. |
|
Cəlaləddin Rumi “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı” Redaktor: AMEA-nın müxbir üzvü, prof. Teymur Kərimli; ərəb əlifbasından çevirəni: Arif Ramazanov; rəssam: dos. Vüsal Bağırov. Mövlana Cəlaləddin Ruminin 800 illik yubileyi münasibətilə nəşr edilib. 2008. Bu kitabda Abdulla Şaiqin Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sindən tərcümə etdiyi və 1906-cı ildə nəşr etdirdiyi “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı” oxuculara təqdim edilmişdir. |
|
“Abdulla Şaiqin Mənzil Muzeyi 1991-2011” Tərtib edən: Arzu Hacızadə; redaktor: Ülkər Talıbzadə; rəyçi: f. e. d., prof. Vəli Osmanlı; məsləhətçi: s. f. d. Minaxanım Əsədli; rəssam: Sabir Qasımov. Bakı, “Aspoliqraf “, 2011, 160 səh. Kitab Abdulla Şaiqin Mənzil Muzeyinin yaranmasının 20 illiyinə həsr edilib. Topluya muzeyin fəaliyyətini əks etdirən sənədlər, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin həyat yolu, yaradıcılığıyla bağlı muzeydə sərgilənən eksponatların fotoşəkilləri, muzeyi ziyarət edən qonaqların rəyləri və digər materiallar daxil edilib. |
|
“Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” Tərtib edəni və redaktoru: əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq; rəyçi: f. e. d., prof. Babək Qurbanov; ədəbi redaktor: Şaiq Talıbzadə. Bakı, “Aspoliqraf”, 2011, 272 səh. Abdulla Şaiqin Mənzil Muzeyinin 20 illiyinə həsr olunmuş kitab. |
|
Abdulla Şaiqin Mənzil Muzeyinin 20 illiyinə həsr olunmuş açıqca dəsti. Bakı, 2011. | |
“Əgər Şaiq olmasaydı” Tərtibçilər: s. f. d. Ülkər Talıbzadə, f. f. d. Arzu Hacıyeva; redaktor: f. e. d., prof. Alxan Bayramoğlu. Bakı, “Təhsil”, 2012, 248 səh. Kitabda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə keçirilmiş elmi sessiyada səslənən məruzələr, ədibin yaradıcılığının təhlilinə həsr olunmuş elmi məqalələr və xatirələr təqdim edilmişdir. |
|
Abdulla Şaiqin Mənzil Muzeyi – buklet, 2007. | |
Abdulla Şaiqin mənzil muzeyi – buklet, 2010. | |
Kamal Talıbzadə “Azərbaycan Ədəbi Tənqidinin Tarixi (1800-1920-ci illər)” Elmi redaktor: f. e. d., prof. Şamil Vəliyev; rəyçi: f. e. d., prof. Alxan Bayramoğlu. Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015, 344 səh. “Azərbaycan ədəbi tənqidinin tarixi” kitabında akademik Kamal Talıbzadənin tənqidi görüşləri, Azərbaycan ədəbi tənqidinin tarixi kökləri, ədəbi tənqidin əsas cərəyanları olan realist və romantik tənqid, Azərbaycan şeirinin, dramaturgiyasının inkişaf mərhələləri haqqında elmi araşdırmaları öz əksini tapmışdır. Kitabda akademik K.Talıbzadə tərəfindən ədəbi dil məsələlərinə də münasibət bildirilmişdir. Kitab ədəbi tənqidçilər, filoloqlar, filologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. |
|
Nizaməddin Şəmsizadə “Türk Təfəkkürü Məcrasında Akademik Kamal Talıbzadə”. Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015, 96 səh. “Türk təfəkkürü məcrasında akademik Kamal Talıbzadə” kitabında professor Nizaməddin Şəmsizadə akademik K. Talıbzadənin elmi fəaliyyəti, tənqidi görüşləri barədə elmi mülahizələrini vermişdir. Kitabda həmçinin K. Talıbzadənin bir sıra monoqrafiyalarının təhlili verilir, akademikin yeni tənqidçi və ədəbiyyatşünas nəsillərin yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyi vurğulanır. Kitab ədəbi tənqidçilər, filoloqlar, filologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. |
“Həpimiz bir günəşin zərrəsiyiz”
1910
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.