POEZİYA VƏ MUSİQİ

 

Abdulla Şaiq yaradıcılığı və musiqi xüsusi maraq kəsb edən mövzulardandır. Ədibin 100 ilə yaxın dövrü əhatə edən musiqi dünyası öz tədqiqatçılarını gözləyir.

Şaiq başqa müasirləri kimi musiqi haqqında çoxlu fikirlər, mülahizələr qoyub getməmiş, onun yaradıcılığında bilavasitə musiqi obrazları, musiqi süjetləri də çox deyil. Lakin buna baxmayaraq, Şaiq poeziyasının, Şaiq şəxsiyyətinin musiqililiyi daha dərindədir, onun xalq musiqi poetik yaradıcılığı ilə əlaqəsindədir. Bu cəhət hər şeydən əvvəl, özünü şairin poetikasında göstərir. Məsələn, “Lay-lay”, “Dağlar”, “Əkinçi”, “Dağlar sultanı”, “Quzu” kimi şeirləri folklordan alınmış süjet və obrazlarla zəngindir.

Abdulla Şaiq 1910-cu ildə uşaqlar üçün qələmə aldığı (1912-ci ildə nəşr olunub) “Gözəl Bahar” pyesi ilə Azərbaycanda uşaq dramaturgiyasının əsasını qoymuşdur. Pyesi hələ əlyazmasında oxuyan görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli 1911-ci il 11 iyun tarixli məktubunda Abdulla Şaiqə yazırdı: «Qızlara “Bahar xanım” ünvanında yazdığınız mənzumə çox xoşuma gəldi. Ondan yaxşı operetta əmələ gələr… Bu barədə Üzeyir Hacıbəyov ilə məsləhət ediniz …» Hal-hazırda Abdulla Şaiqin arxivində “Gözəl Bahar” pyesi əsasında yazılmış uşaq operettasının librettosu saxlanır.

Şairin, bəzi xalq arasında geniş yayılmış şeirləri xalq mahnıları kimi tanınmağa başlamışlar. Məsələn, Ü.Hacıbəyov tərəfindən nota köçürülmüş “Şəfəq sökülərkən” mahnısının mətni Abdulla Şaiqin 1913-cü ildə nəşr olunan “Dağlar sultanı” şeirinə uyğundur. Böyük sənətkar görünür “sultan” sözündən ehtiyat etdiyi üçün, şeirin adını dəyişmişdi. Azərbaycan folklorunun gözəl bilicisi məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli hələ 1912-ci ildə həmin şeiri əlyazmasında oxumuş və onu şair dostunun ən gözəl şeirlərindən biri kimi tərifləmişdi. Üzeyir Hacıbəylinin “Şəfəq sökülərkən” mahnısının musiqi təhlili onun iyirminci əsrin əvvəllərində yaranmasını göstərir.

Şaiq uşaq şeirlərinin bir çoxunun zaman keçdikcə mahnılaşması, mahnılara dönməsi, müxtəlif melodiyalarla oxunması da belə olmuşdur. Şaiq poezisiyası bir çox uşaq xalq mahnılarının mətn əsasını təşkil edir. Belə poetik nümunələr içərisində “Xoruz”, “Keçi”, “Dovşan, dovşan, a dovşan”, “Bənövşə”, “Qərənfil”, “Can gülüm” şeirlərini göstərmək olar. Görkəmli bəstəkarımız Asəf Zeynallı nota köçürdüyü “Bənövşə” mahnısı ilə əlaqədar belə bir mülahizə irəli sürmüşdür: “Məktəbli çocuklar nəğməsi”, “xalq mahnısı” adını daşıyan bu nəğmə ola bilsin ki, orta təhsil məktəblərində “şərqi müəllimi” vəzifəsində olan savadsızların əsərlərindən biridir”

Abdulla Şaiq musiqiyə uyğun janr, vəzn, ritmlərdə poetik nümunələr yazmağa xüsusi həvəs göstərmişdir. Məsələn, inqilabdan qabaqkı illərdə çoxlu əmək nəğmələri, laylalar, marşlar yazmışdır. 1914-cü ildə yazdığı “İrəli” marşını, Azərbaycan Demokratik Cümhuriyyəti qurulmasından üç ay əvvəl “Musavat” partiyasına ithaf etdiyi “Marş” şeirini partiyanın öz orqanı “Açıq söz”də çap etdirmişdir. Bu, çağırış ruhunda yazılmış, döyüşə, gələcəyə səsləyən musiqi tələb edən bir mətn idi.

Birləşəlim türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur…
Arş irəli, irəlidə cənnət kibi cahan var,
Günəş orda həp doğar, səadət orda parlar.
Türk firqəsi Musavat,
Açalım quş tək qanat,
Sarılıb hürriyyətə
Bulalım şanlı həyat!

A.Şaiq 1921-ci ildə bir musamirə münasibətilə “Gənclik” marşını yazır. Ü.Hacıbəyov isə ona musiqi bəstələyir.

Hacıbəyovlarla yaradıcılıq əlaqəsinin sonrakı mərhələsi 40-cı illərin ortalarına düşür. 1946-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində “Nüşabə” pyesinə tamaşa edən Zülfüqar bəy Hacıbəyov A.Şaiqə həmin pyesin əsasında opera librettosu yazmağı təklif edir. Ədibin ev arxivində opera librettosunun bir neçə variantı vardır. Z.Hacıbəyov operanın ancaq uvertyurasını və Nüşabənin bir ariyasını tamamlamağa macal tapmışdı.

Maraqlıdır ki, 10-a qədər şeirini şair özü mahnı, nəğmə adlandırmışdı: “Əkin nəğməsi” “Əmək nəğməsi”, “Sənət nəğməsi”, “Döyüş nəğməsi”.
Əkin nəğməsi
Çək şumla yeri durma daha qaşqa kəlim, çək!
İndi sənə yem, su verərəm durma kəlim, çək!
1907
Bu şeiri başdan-ayağa melodiyasız, əhəngsiz oxumaq mümkün deyil. Yaxud, baharı tərənnüm edən başqa bir nümunəyə diqqət yetirək:
Əs, ey ətirli dan yeli,
Könül açan bahar gəlir,
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Yaxud əmək pərisinə həsr olunmuş şerin özü musiqi tələb edir:
Derdim ki, bahar olsun,
Dağlar, dərələr dolsun.
Al, incə çiçəklərlə.
A.Şaiqin şeirlərinə Azərbaycan görkəmli bəstəkarları musiqi bəstələmişdir: Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Abbasov, C.Cahangirov, N.Əliverdibəyov, T.Quliyev, O.Zülfüqarov, Ş.Axundova, H.Nəcəfova, A.Rzayeva, Q.Hüseynli, R.Mirişli, R.Şəfəq, O.Kazımi, S.İbrahimova, C.Quliyev, G.Abdullazadə, E.Dadaşova, E.Mansurov, R.Həsənova, T.Əkbər, İ.Abdullayev, Z.İsmayılzadə, R.Ramazanov və başqaları. Ədibin dram əsərləri uzun illərdir ki, teatr səhnələrində tamaşaya qoyulur və bütün bu tamaşalara görkəmli Azərbaycan bəstəkarları rəngarəng musiqi bəstələmişdir. S.Rüstəmov “Nüşabə”
_______

 

Abdulla Şaiqin sözlərinə yazılmış musiqi əsərləri


1.


Oxu bülbülüm


– musiqisi: Əşrəf Abasov. “Fitnə”tamaşasından yazılmış musiqidən (1949)
– ifa edir: Azərbaycanın xalq artisti Şövkət Ələkbərova

 


Yüklə


2.


Bahar gözəlləməsi


– musiqisi: Əşrəf Abasov. “Fitnə”tamaşasından yazılmış musiqidən (1949)



3.


Sevirəm səni


– musiqisi: Səid Rüstəmov. “Nüşabə” pyesinə
yazılmış musiqidən
–  ifa edir: Azərbaycanın xalq artisti Firənqiz
Əhmədova


Yüklə


4.


Ana yurdum


– musiqisi: Hökümə Nəcəfova
– ifa edir: Azərbaycanın xalq artisti Elmira
Rəhimova


Yüklə


5.


Zanbaq


– musiqisi: Sevda İbrahimova
– ifa edir: uşaq xoru


Yüklə


6.


İnqilab nəğməsi (marş)


– musiqisi: Sevda İbrahimova



7.


Bəmövşəciyim


– musiqisi: Fəridə Quliyeva
– ifa edir: uşaq xorunun solisti


Yüklə


8.


Nağara


– musiqisi: Oqtay Zülfüqarov
– ifa edir: uşaq xoru


Yüklə


9.


Keçi


– musiqisi: Oqtay Zülfüqarov
– ifa edir: uşaq xoru


Yüklə


10.


Xoruz


– musiqisi: Oqtay Zülfüqarov
– ifa edir: uşaq xoru


Yüklə


11.


İdman nəğməsi


– musiqisi: Elturan



12.


Bahar nəğməsi


– musiqisi: Cəlal Abasov uşaq xoru üçün 1982



13.


Top – top oyunu


– musiqisi: Azad Ozan Kərimli



14.


Bahar


– musiqisi: Ağakərim Şəmsioğlu (Kərimov)
– ifa edir: uşaq xoru


Yüklə


15.


Qızılgül


– musiqisi: Ağakərim Şəmsioğlu (Kərimov)



16.


Ana yurdum Azərbaycan


– musiqisi: Rəşid Şəfəq



17.


Xoruz


– musiqisi: Rəşid Şəfəq


Yüklə


18.


Bir saat xəlifəlik


– musiqisi: Rəşid Şəfəq operetta



19.


Tülkü tülkü tünbəki


– musiqisi: Rəşid Şəfəq operetta



20.


Yad et


– musiqisi: Zeynəb İsmayılzadə
– ifa edir: Azərbaycanın xalq artisti Mübariz Tağıyev


Yüklə


21.


Gözəl Bahar


– musiqisi: Cavanşir Quliyev Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı



22.


Həpimiz bir günəşin zərrəsiyik


– musiqisi: İlham Abdullayev
xor üçün musiqi 2001



23.


“Fitnə” pyesinə yazılmış musiqi


– musiqisi: Oqtay Kazımi 1979



24.


Bənövşə


– musiqisi: Elnarə Dadaşova



25.


Dovşan


– musiqisi: Elnarə Dadaşova



26.


Göyərçin


– musiqisi: Elnarə Dadaşova



27.


Arı


– musiqisi: Elnarə Dadaşova



28.


Balaca dəmirçilər


– musiqisi: Elnarə Dadaşova



29.


Keçi


– musiqisi: Elnarə Dadaşova



30.


Top oyunu


– musiqisi: Elnarə Dadaşova



31.


Qərənfil


– musiqisi: Elnarə Dadaşova



32.


İt


– musiqisi: Elnarə Dadaşova



33.


Kəpənək


– musiqisi: Elnarə Dadaşova



34.


Bülbül


– musiqisi: Elnarə Dadaşova



35.


Xoruz


– musiqisi: Elnarə Dadaşova



36.


Bahar nəğməsi


– musiqisi: Elnarə Dadaşova



37.


Bülbülün nəğməsi


– musiqisi: Cahangir Cahangirov



38.


Çəkməçi baba


– musiqisi: xalq mahnısı



39.


Qərənfil


– musiqisi: Oqtay Zülfüqarov



40.


Mənim itim


– musiqisi: Rəşid Şəfəq



41.


Təmizlik


– musiqisi: Elnarə Dadaşova



42.


Üstü xallı atım, qaç


– musiqisi: Elnarə Dadaşova



43.


Bənövşə


– musiqisi: Səid Rüstəmov
– ifa edir: uşaq xorunun solisti


Yüklə


44.


Tapmaca – mahnı


– musiqisi: Qənbər Hüseynli



45.


Ana Vətənim


– musiqisi: Əziz Əkbər Əzizli
– ifa edir: uşaq xoru


Yüklə


46.


Top oyunu


– musiqisi: Əziz Əkbər Əzizli
– ifa edir: uşaq xoru



47.


May bayramı


– musiqisi: Əziz Əkbər Əzizli



48.


Oyan oğlum


– musiqisi: Hökumə Nəcəfova
– ifa edir: Gülcahan Əzizova


Yüklə


49.


Payız gecəsi


– musiqisi: Tahir Əkbərov
– ifa edir: uşaq xoru


Yüklə


50.


Tonqal


– musiqisi: Eldar Mansurov
– ifa edir: uşaq xoru


Yüklə


51.


Quzu


-musiqisi: Gülşən Mirzəbəyova
– ifa edir: uşaq xorunun solisti


Yüklə


52.


Dumbulumu çalıram


– musiqisi: Oqtay Zülfüqarov
– ifa edir: uşaq xorunun solisti


Yüklə


53.


Səhər


– musiqisi: Gülnaz Abdullazadə
– ifa edir: uşaq xoru


Yüklə


54.


Cütçü


– musiqisi: Hökumə Nəcəfova
– ifa edir: uşaq xoru


Yüklə



İyun 2024
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930





 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.