POEZİYA VƏ MUSİQİ
Abdulla Şaiq yaradıcılığı və musiqi xüsusi maraq kəsb edən mövzulardandır. Ədibin 100 ilə yaxın dövrü əhatə edən musiqi dünyası öz tədqiqatçılarını gözləyir.
Şaiq başqa müasirləri kimi musiqi haqqında çoxlu fikirlər, mülahizələr qoyub getməmiş, onun yaradıcılığında bilavasitə musiqi obrazları, musiqi süjetləri də çox deyil. Lakin buna baxmayaraq, Şaiq poeziyasının, Şaiq şəxsiyyətinin musiqililiyi daha dərindədir, onun xalq musiqi poetik yaradıcılığı ilə əlaqəsindədir. Bu cəhət hər şeydən əvvəl, özünü şairin poetikasında göstərir. Məsələn, “Lay-lay”, “Dağlar”, “Əkinçi”, “Dağlar sultanı”, “Quzu” kimi şeirləri folklordan alınmış süjet və obrazlarla zəngindir.
Abdulla Şaiq 1910-cu ildə uşaqlar üçün qələmə aldığı (1912-ci ildə nəşr olunub) “Gözəl Bahar” pyesi ilə Azərbaycanda uşaq dramaturgiyasının əsasını qoymuşdur. Pyesi hələ əlyazmasında oxuyan görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli 1911-ci il 11 iyun tarixli məktubunda Abdulla Şaiqə yazırdı: «Qızlara “Bahar xanım” ünvanında yazdığınız mənzumə çox xoşuma gəldi. Ondan yaxşı operetta əmələ gələr… Bu barədə Üzeyir Hacıbəyov ilə məsləhət ediniz …» Hal-hazırda Abdulla Şaiqin arxivində “Gözəl Bahar” pyesi əsasında yazılmış uşaq operettasının librettosu saxlanır.
Şairin, bəzi xalq arasında geniş yayılmış şeirləri xalq mahnıları kimi tanınmağa başlamışlar. Məsələn, Ü.Hacıbəyov tərəfindən nota köçürülmüş “Şəfəq sökülərkən” mahnısının mətni Abdulla Şaiqin 1913-cü ildə nəşr olunan “Dağlar sultanı” şeirinə uyğundur. Böyük sənətkar görünür “sultan” sözündən ehtiyat etdiyi üçün, şeirin adını dəyişmişdi. Azərbaycan folklorunun gözəl bilicisi məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli hələ 1912-ci ildə həmin şeiri əlyazmasında oxumuş və onu şair dostunun ən gözəl şeirlərindən biri kimi tərifləmişdi. Üzeyir Hacıbəylinin “Şəfəq sökülərkən” mahnısının musiqi təhlili onun iyirminci əsrin əvvəllərində yaranmasını göstərir.
Şaiq uşaq şeirlərinin bir çoxunun zaman keçdikcə mahnılaşması, mahnılara dönməsi, müxtəlif melodiyalarla oxunması da belə olmuşdur. Şaiq poezisiyası bir çox uşaq xalq mahnılarının mətn əsasını təşkil edir. Belə poetik nümunələr içərisində “Xoruz”, “Keçi”, “Dovşan, dovşan, a dovşan”, “Bənövşə”, “Qərənfil”, “Can gülüm” şeirlərini göstərmək olar. Görkəmli bəstəkarımız Asəf Zeynallı nota köçürdüyü “Bənövşə” mahnısı ilə əlaqədar belə bir mülahizə irəli sürmüşdür: “Məktəbli çocuklar nəğməsi”, “xalq mahnısı” adını daşıyan bu nəğmə ola bilsin ki, orta təhsil məktəblərində “şərqi müəllimi” vəzifəsində olan savadsızların əsərlərindən biridir”
Abdulla Şaiq musiqiyə uyğun janr, vəzn, ritmlərdə poetik nümunələr yazmağa xüsusi həvəs göstərmişdir. Məsələn, inqilabdan qabaqkı illərdə çoxlu əmək nəğmələri, laylalar, marşlar yazmışdır. 1914-cü ildə yazdığı “İrəli” marşını, Azərbaycan Demokratik Cümhuriyyəti qurulmasından üç ay əvvəl “Musavat” partiyasına ithaf etdiyi “Marş” şeirini partiyanın öz orqanı “Açıq söz”də çap etdirmişdir. Bu, çağırış ruhunda yazılmış, döyüşə, gələcəyə səsləyən musiqi tələb edən bir mətn idi.
Birləşəlim türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur…
Arş irəli, irəlidə cənnət kibi cahan var,
Günəş orda həp doğar, səadət orda parlar.
Türk firqəsi Musavat,
Açalım quş tək qanat,
Sarılıb hürriyyətə
Bulalım şanlı həyat!
A.Şaiq 1921-ci ildə bir musamirə münasibətilə “Gənclik” marşını yazır. Ü.Hacıbəyov isə ona musiqi bəstələyir.
Hacıbəyovlarla yaradıcılıq əlaqəsinin sonrakı mərhələsi 40-cı illərin ortalarına düşür. 1946-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində “Nüşabə” pyesinə tamaşa edən Zülfüqar bəy Hacıbəyov A.Şaiqə həmin pyesin əsasında opera librettosu yazmağı təklif edir. Ədibin ev arxivində opera librettosunun bir neçə variantı vardır. Z.Hacıbəyov operanın ancaq uvertyurasını və Nüşabənin bir ariyasını tamamlamağa macal tapmışdı.
Maraqlıdır ki, 10-a qədər şeirini şair özü mahnı, nəğmə adlandırmışdı: “Əkin nəğməsi” “Əmək nəğməsi”, “Sənət nəğməsi”, “Döyüş nəğməsi”.
Əkin nəğməsi
Çək şumla yeri durma daha qaşqa kəlim, çək!
İndi sənə yem, su verərəm durma kəlim, çək!
1907
Bu şeiri başdan-ayağa melodiyasız, əhəngsiz oxumaq mümkün deyil. Yaxud, baharı tərənnüm edən başqa bir nümunəyə diqqət yetirək:
Əs, ey ətirli dan yeli,
Könül açan bahar gəlir,
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Yaxud əmək pərisinə həsr olunmuş şerin özü musiqi tələb edir:
Derdim ki, bahar olsun,
Dağlar, dərələr dolsun.
Al, incə çiçəklərlə.
A.Şaiqin şeirlərinə Azərbaycan görkəmli bəstəkarları musiqi bəstələmişdir: Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Abbasov, C.Cahangirov, N.Əliverdibəyov, T.Quliyev, O.Zülfüqarov, Ş.Axundova, H.Nəcəfova, A.Rzayeva, Q.Hüseynli, R.Mirişli, R.Şəfəq, O.Kazımi, S.İbrahimova, C.Quliyev, G.Abdullazadə, E.Dadaşova, E.Mansurov, R.Həsənova, T.Əkbər, İ.Abdullayev, Z.İsmayılzadə, R.Ramazanov və başqaları. Ədibin dram əsərləri uzun illərdir ki, teatr səhnələrində tamaşaya qoyulur və bütün bu tamaşalara görkəmli Azərbaycan bəstəkarları rəngarəng musiqi bəstələmişdir. S.Rüstəmov “Nüşabə”
_______
Abdulla Şaiqin sözlərinə yazılmış musiqi əsərləri
1. |
Oxu bülbülüm |
– musiqisi: Əşrəf Abasov. “Fitnə”tamaşasından yazılmış musiqidən (1949) |
Yüklə |
2. |
Bahar gözəlləməsi |
– musiqisi: Əşrəf Abasov. “Fitnə”tamaşasından yazılmış musiqidən (1949) |
|
3. |
Sevirəm səni |
– musiqisi: Səid Rüstəmov. “Nüşabə” pyesinə |
|
4. |
Ana yurdum |
– musiqisi: Hökümə Nəcəfova |
|
5. |
Zanbaq |
– musiqisi: Sevda İbrahimova |
|
6. |
İnqilab nəğməsi (marş) |
– musiqisi: Sevda İbrahimova |
|
7. |
Bəmövşəciyim |
– musiqisi: Fəridə Quliyeva |
|
8. |
Nağara |
– musiqisi: Oqtay Zülfüqarov |
|
9. |
Keçi |
– musiqisi: Oqtay Zülfüqarov |
|
10. |
Xoruz |
– musiqisi: Oqtay Zülfüqarov |
|
11. |
İdman nəğməsi |
– musiqisi: Elturan |
|
12. |
Bahar nəğməsi |
– musiqisi: Cəlal Abasov uşaq xoru üçün 1982 |
|
13. |
Top – top oyunu |
– musiqisi: Azad Ozan Kərimli |
|
14. |
Bahar |
– musiqisi: Ağakərim Şəmsioğlu (Kərimov) |
|
15. |
Qızılgül |
– musiqisi: Ağakərim Şəmsioğlu (Kərimov) |
|
16. |
Ana yurdum Azərbaycan |
– musiqisi: Rəşid Şəfəq |
|
17. |
Xoruz |
– musiqisi: Rəşid Şəfəq |
|
18. |
Bir saat xəlifəlik |
– musiqisi: Rəşid Şəfəq operetta |
|
19. |
Tülkü tülkü tünbəki |
– musiqisi: Rəşid Şəfəq operetta |
|
20. |
Yad et |
– musiqisi: Zeynəb İsmayılzadə |
|
21. |
Gözəl Bahar |
– musiqisi: Cavanşir Quliyev Azərbaycan |
|
22. |
Həpimiz bir günəşin zərrəsiyik |
– musiqisi: İlham Abdullayev |
|
23. |
“Fitnə” pyesinə yazılmış musiqi |
– musiqisi: Oqtay Kazımi 1979 |
|
24. |
Bənövşə |
– musiqisi: Elnarə Dadaşova |
|
25. |
Dovşan |
– musiqisi: Elnarə Dadaşova |
|
26. |
Göyərçin |
– musiqisi: Elnarə Dadaşova |
|
27. |
Arı |
– musiqisi: Elnarə Dadaşova |
|
28. |
Balaca dəmirçilər |
– musiqisi: Elnarə Dadaşova |
|
29. |
Keçi |
– musiqisi: Elnarə Dadaşova |
|
30. |
Top oyunu |
– musiqisi: Elnarə Dadaşova |
|
31. |
Qərənfil |
– musiqisi: Elnarə Dadaşova |
|
32. |
İt |
– musiqisi: Elnarə Dadaşova |
|
33. |
Kəpənək |
– musiqisi: Elnarə Dadaşova |
|
34. |
Bülbül |
– musiqisi: Elnarə Dadaşova |
|
35. |
Xoruz |
– musiqisi: Elnarə Dadaşova |
|
36. |
Bahar nəğməsi |
– musiqisi: Elnarə Dadaşova |
|
37. |
Bülbülün nəğməsi |
– musiqisi: Cahangir Cahangirov |
|
38. |
Çəkməçi baba |
– musiqisi: xalq mahnısı |
|
39. |
Qərənfil |
– musiqisi: Oqtay Zülfüqarov |
|
40. |
Mənim itim |
– musiqisi: Rəşid Şəfəq |
|
41. |
Təmizlik |
– musiqisi: Elnarə Dadaşova |
|
42. |
Üstü xallı atım, qaç |
– musiqisi: Elnarə Dadaşova |
|
43. |
Bənövşə |
– musiqisi: Səid Rüstəmov |
|
44. |
Tapmaca – mahnı |
– musiqisi: Qənbər Hüseynli |
|
45. |
Ana Vətənim |
– musiqisi: Əziz Əkbər Əzizli |
|
46. |
Top oyunu |
– musiqisi: Əziz Əkbər Əzizli |
|
47. |
May bayramı |
– musiqisi: Əziz Əkbər Əzizli |
|
48. |
Oyan oğlum |
– musiqisi: Hökumə Nəcəfova |
|
49. |
Payız gecəsi |
– musiqisi: Tahir Əkbərov |
|
50. |
Tonqal |
– musiqisi: Eldar Mansurov |
|
51. |
Quzu |
-musiqisi: Gülşən Mirzəbəyova |
|
52. |
Dumbulumu çalıram |
– musiqisi: Oqtay Zülfüqarov |
|
53. |
Səhər |
– musiqisi: Gülnaz Abdullazadə |
|
54. |
Cütçü |
– musiqisi: Hökumə Nəcəfova |
|
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.