ƏDƏBİ ŞÖHRƏTİ

 

Abdulla Şaiq milli məhdudiyyət bilməyən, adı, əsərləri sərhədlərimizi çoxdan addamış sənətkarlarımızdandır. Onun yüz min tirajlarla Azərbaycan dilində nəşr olunan əsərləri xarici ölkələrə də yol tapmış, türk, ingilis, fars, rus, polyak, tacik, özbək, ukrain, türkmən, gürcü, litva, eston, kumık, tat, talış və s. dillərdə çapdan çıxmışdır.

Ədib özü də dünya ədəbiyyatının incilərini müntəzəm şəkildə ana dilinə çevirmişdir. Azərbaycan oxucuları Firdovsinin “Şahnamə”si (Qubad və Məzdəkin dastanı” fəsli), Ruminin “Məsnəvi”si, Şekspirin “Maqbet” faciəsi, Daniel Defonun “Robinzon Kruzo” romanı, C. Sviftin “Qulliver Liliputlarda” əsəri ilə, İ. A. Krılovun, A. S. Puşkinin, M. Y. Lermantovun, N. A. Nekrasovun, A. M. Qorkinin, A. P. Çexovun, K. İ. Çukovskinin, A. L. Bartonun, S. Y. Marşakın və başqalarının onlarla seçmə bədii əsərləri ilə A. Şaiqin tərcüməsində yeni əsrin əvvəllərindən başlayaraq tanış olmuşlar. Ədibin öz dövründə məşhur olan dərsliklərinin əsas badii nümunələri, həm də çox sevdiyi Şünasi, Namiq Kamal, Mahmud Əkrəm Rəçaizadə, Əbdülhəqq Hamid, Tofiq Fikrət, Ziya Gökalp, Məmməd Əmin, Yəhya Kamal, Hüseyn Cahid kimi qüdrətli türk sənətkarlarına məxsus idi.

A.Şaiqin xarici ölkə yazıçıları, ziyalıları və oxucuları ilə əlaqəsi də geniş olmuşdur. Onun türk alimləri İsmayıl Fikrət, Xəlil Fikrət, litva klassiki Kreve Mitskeviçus, litvalı yazıçı Yokubas Sxlyutayskas və başqaları ilə yaradıcılıq əlaqəsi yazıçı, alim dostluğunun gözəl nümunəsidir. Ədibin çox zəngin olan mənzil kitabxanasında türk, Şərq, Qərb və rus klassiklərinin, dünya alimlərinin yüzlərlə nadir kitabları saxlanılır.

___

Kitabda A.Şaiqin “Tıq-tıq xanım” və “Tülkü həccə gedir” əsərləri alman dilinə tərcümə olunmuşdur
Kitabda A.Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” şeiri ingilis dilində epiqraf kimi verilmişdir
A.Şaiqin hekayələri rus dilinə tərcümə edilmişdir


May 2024
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.