ПОЭТИЧЕСКИЕ ОБРАЗЦЫ

 

Mirmehdi Seyidzadə

Sevimli Şaiqə

 

Ey sevimli şair, gözəl sənətkar

Safdır qəlbin kimi şeirin, sənətin.

Sən bir timsalısan səmimiyyətin,

Könlümüzdə böyük məhəbbətin var.

 

Boranlı keçsə də ömrümün yazı,

Ürəyin odludur yanar dağ kimi.

Qaynayır sözlərin bir bulaq kimi,

Səslənir ellərçin qəlbinin sazı.

 

Sən bizim bəxtiyar yeni dövranda

Yazırsan ellərin səadətindən,

Xalqın partiyaya sədaqətindən.

İlhamsız keçməyir günün bir an da.

 

Çoşur sinəndəki böyük duyğular,

Şairim, qocalıq səndən uzaqdır.

Sanma ki, saçların qar kimi ağdır,

Hələ gözlərində oxunur bahar.

 
                                        1956

 

 

Hüseyn Arif

Ağsaçlı sənətkara

 

Yenə axşam-səhər əlində qələm

Bir də ki, yazılı varaq görürəm.

Səni seyr etdikcə elə bil bu dəm

Qarşımda bir qaynar bulaq görürəm.

 

Sönməz sevən qəlbin alovu, gözü

Dumanlı, çiskinli dağ başında da.

Əsl sənətkarın tükənməz sözü

Əlli yaşında da, yüz yaşında da.

 

Yarat, bir də yarat, əsərlərindən

Gəlsin gül ətri də, maşın səsi də.

Şeir olmalıdır, şeir – dedim mən.

Şairin son nitqi, son nəfəsi də.

 

Yenə otağıma çəkilib bu gün,

Qalın kitabını əlimə aldım.

Başqa tarixi var hər təzə ömrün,

Nələri, nələri yadıma saldım.

 

“Məktub yetişmədi”… məktəb illəri…

Xatirələr yaxın, ara uzaqdır…

Dünən oxuduğum həmən əsəri

Sabah qızım Səhər oxuyacaqdır.

 

Bir deyil, beş deyil yazdığın əsər,

Onsuz da saymaqla bitməyəcəkdir.

Hələ deyəcəyin yeni nəğmələr

Silinib dünyadan getməyəcəkdir.

 

Yarat, sevən qəlbin alovu, gözü

Sönməz qarlı-qarlı dağ başında da.

Əsl sənətkarın tükənməz sözü

Əlli yaşında da, yüz yaşında da.

 
                                        1956

 

 

Səməd Vurğun   

Səmimiyyət yolçusu

 

Şairim! Çaldığın bu telli sazdan,

Günəşli gündüzdən, çiçəkli yazdan

Könül xumarlandı ay dönə-dönə.

 

Doğrudur, saqqalın, saçın ağarmış,

Ruhuna girməmiş qurd ağızlı qış…

Şaxtay düşməmiş bir ilk baharsan,

Döyüşdə, cəbhədə hər zaman varsan.

Bu varlıq yaşadır əzəldən bizi.

Bu varlıq yaşadır gənc nəslimizi.

Çəkilsin dağların başından duman,

Ölümdən, heçlikdən səadət uman

İnsanlar dünyadan görüm yox olsun,

Sönük vicdanları yerə soxulsun!

 

Utansın günəşin rəngindən bir az

Axşam qaranlığı bəstələyən saz.

Söylə, xəyanətə dözərmi vicdan?!

Ağ günlər əsrini görən bir insan

Dönüb göz yaşından ilham alarmı?

Şeir də, şair də heç qocalarmı,

Ətirlər dağılır xoş nəfəsindən,

Çiçəklər oynayır ayaq səsindən.

Varlığın, vicdanın ləkədən uzaq,

Böyüklə böyüksən, uşaqla uşaq,

Əsrə layiq olan bu ruhunla sən

Ölkəmin qoca bir müəllimisən!

 

“Mən də bir kişiyəm, varım-yoxum var,

Üç qızıl əskərim – üç çocuğum var” –

Deyən bir atanı öpməliyik biz,

Onu sevməlidir, sevir nəslimiz!

 

Mənim də Yusifim səninkilərlə

Qoşum bir məqsədə, qoşub bir dilə,

Başında tutacaq bayrağımızı,

Düşmənlər istərsə torpağımızı,

Aslan kəsiləcək sular sonası,

Bunun laylasında deyir anası.

 

Şaiqim! Şairlər içində təksən,

Təmiz vicdanınla gülsən, ipəksən.

Dilindən küsməmiş tanış da, yar da,

Səndən inciməmiş qarıncalar da…

Keçdi qaranlıqda odlu gəncliyin,

Xoş olsun indiki qulaq dincliyin.

Günəş bir qüvvədir, yandıqca sönməz

“Tarixin təkəri geriyə dönməz” –

Sən azad oğlusan azad ellərin!

Əməlin qurtuluş, varlığın sənət,

Yaşasın qardaşlıq, bir də məhəbbət!

İndi “bir günəşin zərrəsiyik biz”.

Var olsun birləşən dost əllərimiz!

 
                                        1936

 

 

Памяти Абдуллы Шаига

 

    Сказали: Больше не пишет великий писатель, великий мастер!

    Сказали: Остановилось сердце благородного, прекрасного, великодушного человека!

    Собрался народ, пришли друзья, родственники, потомки, сказали: проводим его в последний путь на своих плечах.
    Проводили. С почестями, с уважением, по-достоинству похоронили. Бросив последний ком земли, сказали: Давайте прощаться.

    Похоронив его, покинули могилу, кто раньше, кто позже… Все ушли! Со множеством раздумий, печальные, опустив голову… Уходя, двое сказали друг-другу, рассуждая: «Да, с этого дня он тоже смешался со всеми ушедшими за тысячу лет».

    Нет! Последние слова были сказаны неверно, Мирза, неверно! Ты же смешался с живыми, которые появлялись в течение тысячелетий! Ты смешался с Низами, Физули, Вагифами, Мирза Фатали, Сабирами, Мирза Джалилами, Джафарами, Узеирбеками!

 
                                        

1959


Июль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
 

 

 

 

Copyright © 2016 - 2017 - Музей-квартира Абдуллы Шаига

Создание сайта — "IT Service" MMC

Все права защищены.