 
     
MUZEY VƏ UŞAQLAR
Əziz dostlar, bizimlə Şaiq babanın nağıl dünyasına baş çəkməyə hazırsınızmı? Elə isə gəlin birlikdə bu dünyanın sehrinə boyanaq.
Sizi muzeyimizə dəvət edirik!
1) Muzeyimizə ekskursiya: 
Eksponatlarla canlı tanışlıq
Cizgi filmlərinə baxış (“Tıq-tıq xanım”, “Tülkü həccə gedir”)
2) Kukla tamaşaları: 
Muzeyimizdə Abdulla Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” əsərlərinin kukla tamaşaları göstərilir. Tamaşanı muzeyin əməkdaşları kuklaların diliylə səsləndirirlər.
3) Abdulla Şaiqin uşaq əsərləri balaca dostların gözü ilə: 
Əziz uşaqlar, bizim bu tədbirimizdə siz Şaiq babanın əsərləri ilə tanış olduqdan sonra öz xəyal dünyanızda canlandıraraq rəngli boyalarla əks etdirə bilərsiniz.
 
       Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.