Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr “Anım Günü”nə həsr edilmiş tədbir keçirildi.

 

Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr “Anım Günü”nə həsr edilmiş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm və şərəfli yer tutduğunu vurğuladı. O, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasi iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın həmrəyliyi, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaətin Zəfərin əldə olunmasında mühüm rol oynadığını qeyd etdi. Həmçinin Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı və əzmkarlıq xüsusi vurğulandı. Tədbirdə muzeyin baş fond mühafizi Günel Əsədova və böyük elmi işçi Elminaz Məmmədli
çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti və qəhrəmanlıq salnaməsi haqqında məruzələrlə çıxış etdilər. Çıxışlarda şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması və qazilərimizin Vətən qarşısındakı xidmətlərinin ehtiramla yad edilməsi xüsusi qeyd olundu. Tədbirin sonunda Vətən müharibəsinin gedişini və qəhrəmanlıq nümunələrini əks etdirən film nümayiş etdirildi. Tədbir şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq və Vətənə bağlılıq duyğuları ilə başa çatdı.


Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.