Abdulla Şaiqin Mənzil-Muzeyində “Ev-muzeyləri – Muzeylərin sirrini ustadlardan öyrənək!” adlı maarifləndirici tədbir keçiriləcək

 

17 aprel 2026-cı il tarixdə saat 14:00-da Abdulla Şaiqin Mənzil-Muzeyində “Ev-muzeyləri – Muzeylərin sirrini ustadlardan öyrənək!” adlı maarifləndirici tədbir keçiriləcək. Tədbir, ev-muzeylərinin mədəni irsin qorunması və təbliğində rolunu diqqətə çatdırmaq, həmçinin muzey işi sahəsində təcrübə və bilik mübadiləsini təşkil etmək məqsədi daşıyır.

Tədbir Beynəlxalq Muzeylər Komitəsi (ICOM) və təşkilatın ev-muzeyləri üzrə beynəlxalq platforması tərəfindən dəstəklənən Ev-muzeyləri Günləri təşəbbüsünün ideyalarına uyğun olaraq təşkil edilir. Bu təşəbbüs görkəmli şəxsiyyətlərin yaşayıb-yaratdıqları məkanların qorunmasını, onların mədəni yaddaşın mühüm daşıyıcıları kimi tanıdılmasını və ev-muzeylərinin ictimai-maarifləndirici potensialının genişləndirilməsini hədəfləyir.

 



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.