Abdulla Şaiq – 145 “Abdula Şaiq – Kiçik bədəndə böyük insan!”.

 

Abdulla Şaiq – 145
“Abdula Şaiq – Kiçik bədəndə böyük insan!”
Görkəmli ədib, tanınmış yazıçı, şair, nasir, dramaturq, pedaqoq, tərcüməçi…
Bu siyahını nə qədər uzatsaq da, yenə də yetərli olmaz. Çünki bütün titulların fövqündə bir ad dayanır: Şəxsiyyət.
Abdulla Şaiq Talıbzadə hər şeydən əvvəl böyük ürəyə sahib bir insan idi. Onun yaradıcılığı sözün işığı, fikrin saflığı, duyğunun incəliyi ilə yoğrulmuşdu. O, millətin maariflənməsi uğrunda çalışan, uşaqların qəlbində işıq yandıran, ədəbiyyatımıza təmizlik və mənəviyyat gətirən bir yolçu idi.
Dahi türk alimi İsmayıl Hikmət onu mələyə bənzədərək yazırdı:
Nə diyorlar bəşərlə firdövsə
Dönəcəkmiş, deyilmi, dünyamız?!
Biri: “İnsan mələk olurmu?” – desə,
Bən derim: Bir misal var, bakınız:
Bu təbii şüari-munislə,
Bəncə, Şaiq nümunədir mələyə!
Şaiq adı çəkiləndə ağıla gələn ilk təsvir — bulaq suyu kimi duru, pak bir sima, saf niyyətin, aydın düşüncənin və təmiz qəlbin rəmzi. Onun baxışlarında mərhəmət, sözündə hikmət, əməlində isə əxlaq yaşayırdı.
O, kiçik bədənində böyük bir idealı – millətin sevgisini, gələcəyə ümidini və maarif işığını daşıyırdı.
Bu gün anadan olmağından 145 il ötməsinə baxmayaraq, Şaiq yenə də belə xatırlanır: Abdulla Şaiq adı insanlığın və ziyalılığın təcəssümüdür. O yalnız ədəbiyyat tariximizin deyil, mənəviyyat tariximizin də uca zirvəsidir.


Fevral 2026
BE ÇA Ç CA C Ş B
« Yan    
 1
2345678
9101112131415
16171819202122
232425262728  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/yaziya/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.