Abdulla Şaiq – 145

 

Abdulla Şaiq – 145
Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayonu MKS-nin Mərkəzi Kitabxanasında görkəmli ədib Abdulla Şaiqin anadan olmağının 145 illiyi münasibətilə tədbir keçirildi.
Tədbirin təşkilatçısı və aparıcısı kitabxananın kitabxana-informasiya texnologiyaları üzrə mütəxəssisi Lamiyə Osmanova idi. O, iştirakçıları salamladıqdan sonra Abdulla Şaiqin milli ədəbiyyatdakı rolundan ətraflı danışdı.
Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları da iştirak etdilər. Onlar ədibin zəngin həyat yolu və çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, Abdulla Şaiq Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb və onu yalnız uşaq ədəbiyyatının nümayəndəsi kimi xatırlamaq yalnışdır. Ədibin yazdığı əsərlər bu gün də sevilərək oxunur. Tədbirdə ədibin maarifçilik fəaliyyəti xüsusi vurğulandı. Çıxış edənlər onun milli düşüncənin formalaşmasında xidmətlərindən danışdılar. Kitabxana əməkdaşları tərəfindən maraqlı təqdimat hazırlandı. Abdulla Şaiqin yaradıcılığının bu gün də aktuallığını qoruduğu qeyd edildi. Onun irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulandı. İştirakçılar belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini bildirdilər. Tədbir xoş təəssüratlarla başa çatdı.


Aprel 2026
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.