Abdulla Şaiqin Mənzil-Muzeyində “Elmdə iz qoyan ömür: Kamal Talıbzadə” adlı anım tədbiri keçiriləcək

 

21 yanvar 2026-cı il tarixdə saat 12:00-da Abdulla Şaiqin böyük oğlu, görkəmli ədəbiyyatşünas-alim, akademik Kamal Talıbzadənin xatirəsinə həsr olunmuş “Elmdə iz qoyan ömür: Kamal Talıbzadə” adlı anım tədbiri keçiriləcək. Kamal Talıbzadə 20 yanvar 2006-cı ildə vəfat edib. Vəfatının 20 illiyi münasibətilə Abdulla Şaiqin Mənzil-Muzeyində keçiriləcək tədbirdə alimin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı müstəsna xidmətləri, elmi irsi və milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfələr haqqında çıxışlar və xatirələr təqdim olunacaq.

Anım mərasimində tanınmış alimlər, tədqiqatçılar, mədəniyyət xadimləri və Bakı şəhərində yerləşən muzeylərin əməkdaşları, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin nümayəndələri iştirak edəcək. Kamal Talıbzadənin elmi-pedaqoji fəaliyyəti, yetişdirdiyi məktəb və gələcək nəsillərə ötürdüyü dəyərlər xüsusi vurğulanacaq.

Bədii hissədə sonuncu muğam  müsabiqəsinin laureatı  istedadlı xanəndə Yusif Cəfərbəyli çıxış edəcək. Akademik Kamal Talıbzadənin həyat və yaradıcılığına həsr edilmiş slayd-şou göstəriləcək.

Tədbir alimin zəngin irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.



İyun 2026
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.