Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı tədbir keçirildi
12 dekabr 2025- ci il tarixdə Şövkət Ələkbərova adına mədəniyyət evi ilə Abdulla Şaiqin Mənzil-Muzeyi yanında fəaliyyət göstərən “Vətən ” yaradıcılıq dərnəyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı tədbir keçirildi.
Tədbirdə Ş.Ələkbərova adına mədəniyyət evinin direktoru Gülnarə Musayeva “Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu”, mədəniyyət evinin bədii rəhbəri Aysel Səmədova “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı”, mədəniyyət evinin mədəni-kütləvi işlər üzrə təşkilatçısı Pərvanə Süleymanova və “Vətən ” yaradıcılıq dərnəyinin rəhbəri Arzu Hacızadə “Heydər Əliyev xatirələrdə” mövzusunda çıxış etdilər.
Dərnəyin üzvləri Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.