Abdulla Şaiqin Mənzil-Muzeyində Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ili anıldı

 

11 dekabr 2025-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyində Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ili anıldı. Tədbirin məqsədi Azərbaycan tarixində mühüm rol oynamış siyasi xadimin həyat və fəaliyyətini xatırlamaq, onun dövlət quruculuğu sahəsində gördüyü işləri diqqət mərkəzində saxlamaq olmuşdur. İştirakçılar Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırılmış, eləcə də onun milli-mənəvi dəyərlərə verdiyi önəm vurğulanmışdır. Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış etdi. O qeyd etdi ki, dahi şəxsiyyət dövlətçilik düşüncəsi, siyasi uzaqgörənliyi və xalqına bağlılığı ilə fenomenal şəxsiyyət kimi tarixə düşmüşdür. Onun rəhbərliyi Azərbaycanın müasir inkişaf istiqamətinin formalaşmasında həlledici rol oynamışdır.
Muzeyin əməkdaşı Məmmədova Fəridə öz çıxışında Ulu öndərin dövlət başçısı kimi fəaliyyətində muzeylərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, qurtuluşdan sonra ölkədə sabitlik və mədəni dirçəlişin təmin olunması, muzeylərin fəaliyyətini də birbaşa stimullaşdırmış, bir sıra muzeylərə dövlət statusu verilmiş, yeni muzeylərin yaradılması təşviq olunmuşdur.
Muzeyin əməkdaşı Məmmədli Elminaz Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayğı ilə bağlı qeyd etdi ki, Ulu öndərin elmi cəhətdən əsaslandırılmış siyasəti nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Onun rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək ölkəmizdə qəbul edilib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktor müavini Rauf Kərimov çıxış etdərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev son dərəcə güclü yaddaşı, qətiyyətli xarakteri və hər detalı diqqətlə dəyərləndirmə bacarığı ilə seçilirdi. O, dövlət idarəçiliyində uzaqgörənliyi və prinsipiallığı ilə həqiqi bir fenomen kimi yadda qalmışdır.


Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.