“İrsimiz” layihəsi çərçivəsində Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş görüş keçirilib

 

“İrsimiz” layihəsi çərçivəsində Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş görüş keçirilib
Binəqədi Gənclər Evində gənclərin milli-mənəvi dəyərlərimizi dərindən öyrənməsi və tariximizə bağlılığının artırılması məqsədilə həyata keçirilən “İrsimiz” layihəsinin növbəti görüşü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, publisist və pedaqoq Abdulla Şaiqin zəngin irsinə həsr olunub.
Tədbirin qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru və sevimli nəvəsi Ülkər Talıbzadə olub. Görüşdə həmçinin muzeyin baş fond mühafizi Günel Əsədova və ekskursiyaçı Nurxanım Əskərova da iştirak ediblər.
27 noyabr tarixində baş tutan tədbirdə gənclərə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında maraqlı faktlar təqdim edilib. Ülkər Talıbzadə böyük ədibin ailəsi, şəxsi həyatından xatirələr və onun zəngin ədəbi irsi barədə geniş məlumatlarla çıxış edib. O, həmçinin Abdulla Şaiqin Azərbaycan ədəbiyyatının formalaşmasında, xüsusilə uşaq ədəbiyyatının inkişafında oynadığı mühüm roldan söz açıb.
Tədbirin sonunda Ülkər Talıbzadə Binəqədi Gənclər Evindəki rəy kitabına öz ürək sözlərini yazıb. Bundan sonra xatirə şəkli çəkilərək görüş yaddaşlarda xoş təəssüratlarla tamamlanıb.
Binəqədi Gənclər Evi bu kimi görüşlərin gənclərin maariflənməsi, milli irsimizə bağlılığın artırılması və yaradıcı düşüncənin inkişafı baxımından mühüm önəm daşıdığını vurğulayaraq layihənin davamlı olacağını bildirib.


Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.