“Qarabağ – Qələbənin ünvanı” adlı tədbir keçirildi

 

“Qarabağ – Qələbənin ünvanı” adlı tədbir keçirildi
7 noyabr 2025-ci il tarixdə Xətai rayonu 58 nömrəli tam orta məktəbin və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə “Qarabağ – Qələbənin ünvanı” adlı vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri iştirak ediblər.
Tədbiri direktor əvəzedicisi Səidə Süleymanova açaraq Qarabağ Zəfərinin xalqımız üçün əvəzsiz tarixi əhəmiyyətindən danışıb. Daha sonra Ələkbərova Pərvanə və Sevinc Camalova – tədris işləri üzrə direktor müavinləri, həmçinin tarix müəllimi Nəzərova Mətanət çıxış edərək 8 Noyabr – Zəfər Gününün gənc nəslin yaddaşında daim yaşadılmasının vacibliyini vurğulayıblar.
“Vətən” yaradıcılıq dərnəyinin üzvləri Qarabağa həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər təqdim ediblər. Şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla keçirilən tədbir, iştirakçılarda dərin vətən sevgisi və milli qürur hissi oyadıb.


Aprel 2026
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.