Muzeyimizin qonaqları

 

6 noyabr 2025-ci il tarixdə Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz Həsənov, yazıçı-şair Şərafəddin İlkin və yazıçı-şair Səadət Səda Novruzqızı Abdulla Şaiqin Mənzil-Muzeyinin qonağı oldular. Ekskursiyanı muzeyin bələdçisi İlhamə İsmayılova apardı.
Qonaqları muzeyin direktoru Ülkər Talıbzadə səmimi salamlayaraq, Abdulla Şaiq haqqında atası akademik Kamal Talıbzadənin xatirələrindən maraqlı məqamları bölüşdü. Görüş qarşılıqlı fikir mübadiləsi şəklində oldu və xatirə şəklinin çəkilişi ilə yekunlaşdı.
Ziyarətçilər muzeyin mənəvi atmosferindən dərin təsirləndiklərini bildirərək, “ocağın həcmcə kiçik, lakin mənaca böyük” olduğunu vurğuladılar.
Sonda Ramiz Həsənov muzeyin rəy kitabında öz təəssüratlarını qələmə aldı.


Fevral 2026
BE ÇA Ç CA C Ş B
« Yan    
 1
2345678
9101112131415
16171819202122
232425262728  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.