Abdulla Şaiqin”Tıq-tıq xanım” mənzum hekayəsi Braziliyada ingilis dilində oxundu

 

Braziliyanın paytaxtı Braziliada Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. “Affinity Arts” adlı beynəlxalq uşaq bağçasında baş tutan tədbirdə Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin yaradıçılığı haqqında məlumat verilib, ədibin məşhur “Tıq-tıq xanım” mənzum hekayəsi uşaqlar üçün ingilis dilində oxunub, nağılın personajlarının şəkilləri monitorda nümayiş etdirilib. Sonra uşaqlar kağızdan Tıq-tıq xanım obrazını düzəldiblər.
Sonda uşaqlar hazırladıqları əl işlərilə xatirə şəkli çəkdiriblər.
“Tıq-tıq xanım” mənzum nağılını görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev ingilis dilinə tərcümə edib və özünün “Hermes Publishing” nəşriyyatında çap elətdirib. İllüstrasiyaların müəllifi Alex Bjelicadır.

 



İyul 2025
BE ÇA Ç CA C Ş B
« İyn    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.