Abdulla Şaiqin Mənzil-Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi
Abdulla Şaiqin Mənzil-Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Dünyanın əksər ölkələrində olduğu ki bu gün Azərbaycanda da qeyd edilir Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda
uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının
diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il “Uşaq ili” elan edib.
Uşaqlara həsr edilmiş tədbirin qonaqları N.Nərimanov rayonu 45 saylı tam orta məktəbin şagirdləri idi.
Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyininin əməkdaşları ədibin eyniadlı hekayəsi əsasında hazırlanmış “Tıq-tıq xanım” kukla tamaşasını ifa etdilər.
Tamaşadan sonra uşaqlar Abdulla Şaiqin şeirlərini söylədilər, mahnılar oxudular. Sonda uşaqlara Abdulla Şaiqin uşaq əsərlərindən ibarət kitab hədiyyə edildi və onlarla xatirə foto şəkilləri çəkildi.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.