“Yaşıl dünya naminə həmrəylik” adlı tədbir keçiriləcək

 

6 may 2024-cü il tarixdə saat 15:30-da Respublika Fizika-riyaziyyat və İnformatika təmayüllü liseyin  akt zalında Abdulla Şaiqin Mənzil-Muzeyi ilə liseyin 8c sinfinin birgə təşkili ilə “Yaşıl dünya naminə həmrəylik” adlı tədbir keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilir.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri isə ədəbi yaradıcılıqları boyu təbiətin tərənnümünə həsr olunmuş bədii nümunələr yaradıblar. Tanınmış şair, nasir, dramaturq, böyük pedaqoq Abdulla Şaiq də yaradıcılığı boyu təbiət təsvirlərinə geniş yer verərək “Gözəl Bahar” pyesi ilə uşaq dramaturgiyasının əsasını qoyub. Əsərdə ədib fəsilləri və təbiət hadisələrini dilə gətirərək bədii obrazlar vasitəsilə təbiəti tərənnüm edib.  Uşaqların ifasında səslənəcək həmin nümunələr uşaq ədəbiyyatının inciləri sırasına daxildir.

 



Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.