Abdulla Şaiqin Mənzil-Muzeyində Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirildi

 

10 may 2024-cü ildə Abdulla Şaiqin Mənzil-Muzeyində Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirildi. Tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə və məruzəçilər Ulu öndərin siyasi fəaliyyəti, dövlət quruculuğundakı danılmaz rolu, mədəniyyət, incəsənət və digər sahələrə göstərdiyi qayğı haqqında danışdılar. Muzeyin əməkdaşları öz çıxışlarında bildirdilər ki,1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülüb. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqındaz” “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Sonda mövzu ilə bağlı slayd-şou nümayiş olundu.
              
               
               


İyul 2024
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.