3 may 2024-cü il tarixdə Yasamal rayonu 27 saylı uşaq bağçasında Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Məmmədova Fəridə oxu saatı təşkil etdi. O, ədibin “Tıq-tıq xanım” mənzum hekayəsini uşaqlar üçün oxudu. Sonda uşaqlarla hekayə təhlil edildi, suallar fəal şəkildə cavablandırdıldı. Oxu saatı uşaqların böyük marağına səbəb oldu.