Abdulla Şaiqin Mənzil-Muzeyində “Şələquyruq” adlı kukla tamaşası göstərildi

 

13 may 2023-cü il saat 12:00 və 14:00-da Abdulla Şaiqin Mənzil-Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş 18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş kukla tamaşası göstərildi. Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin eyniadlı hekayəsi əsasında hazırlanmış “Şələquyruq” tamaşasını Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları Xətai rayonu 58 saylı orta məktəbin şagirdləri və digər kiçik yaşlı izləyicilər üçün 2 seansda ifa etdilər. Uşaqların maraqla izlədiyi tamaşa balacalar tərəfindən alqışla qarşılandı. Tamaşadan sonra əməkdaşlar əsəri uşaqlarla müzakirə etdilər. Balaca izləyicilər xoşladıqları və xoşlamadıqları obrazların bir cox cəhətlərilə bağlı fikirlərini bölüşdülər. Bu yolla personajların timsalında azyaşlılarda vaxtilə ədibin öz şagird və tələbələrinə əsərləri vasitəsilə aşılamaq istədiyi müsbət insani keyfiyyətlər, pislədiyi mənfi xüsusiyyətlər müzakirə olundu. Tamaşadan sonra hər iki qrupa ekskursiya təşkil edildi və xatirə şəkilləri çəkildi.

 



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.