Abdulla Şaiqin Mənzil-Muzeyində18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Şələquyruq” adlı kukla tamaşası göstəriləcək

 

13 may 2023-cü il saat 12:00 və 14:00-da Abdulla Şaiqin Mənzil-Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş 18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş kukla tamaşası göstəriləcək. Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin eyniadlı hekayəsi əsasında hazırlanmış “Şələquyruq” tamaşası Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları tərəfindən ifa olunacaq.

Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə silsilə kukla tamaşaları nümayiş olunur. Vaxtilə ədibin özünün rejissorluğu və rəssamlığı ilə baş tutan tamaşa göstərmək ənənəsi hazırda da muzeyin əməkdaşları tərəfindən davam etdirilir. Tamaşadan sonra əməkdaşlar əsərin müzakirəsini həyata keçirəcəklər. Bu yolla personajların timsalında azyaşlılarda vaxtilə ədibin öz şagird və tələbələrinı əsərləri vasitəsilə aşılamaq istədiyi müsbət insani keyfiyyətlər, pislədiyi mənfi xüsusiyyətlər müzakirə olunacaq.

 

 



Yanvar 2026
BE ÇA Ç CA C Ş B
« Dek    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.