Heydər Əliyev – 100. Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev və ev muzeyləri” adlı tədbir keçirildi

 

Heydər Əliyev – 100

 

Heydər Əliyev və ev muzeyləri

 

5 may 2023-cü il tarixdə Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Mənzil Muzeyinin birgə təşkilatı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və ev muzeyləri” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirildi.

Respublikanın prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən baş tutan konfransda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən ev muzeylərinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, mədəniyyət nazirliyinin nümayəndəsi, mədəniyyət müəssisələrinin işçiləri, KİV nümayəndələri iştirak etdilər. Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı konfrans iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış etdi: Ümummilli lider Heydər Əliyevin 34 illik hakimiyyəti illərində Azərbaycan özünün yüksək inkişaf dövrünü yaşayıb. Xalqımız Ulu öndərin bütün sahələrdəki müdrik, çoxcəhətli, düşünülmüş fəaliyyətinin nəticələrindən bu gün də faydalanmaqdadır. Heydər Əliyevin qurub yaratdığı, ilk dəfə istismara verdiyi, açılışını etdiyi, yaşaması üçün əlindən gələni əsirgəmədiyi müəssisələr, elm və təhsil ocaqları, sosial-mədəni təsisatlar, o cümlədən muzeylər Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin, elminin inkişafı prosesində əhəmiyyətli rol oynayırlar. Məruzəçilər – Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, sənət.ü.f.d., Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı, Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova, Mirzə Ələkbər Sabirin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə və başqaları Ulu öndərin ölkənin mədəniyyət siyasəti sahəsinə sərf etdiyi əməkdən, onun ev muzeylərinə və ölkədə muzey işinin inkişafına göstərdiyi xüsusi qayğı və diqqətdən  danışdılar. Çıxışlarda Ulu öndərin mədəniyyətin, elmin ictimai həyatda tutduğu mövqeyini, mahiyyətini izah edən fikirləri də yer aldı. Qeyd edildi ki, Ulu öndər hər bir şəxsiyyəti, hər bir muzeyi yüksək qiymətləndirərək onların açılışında şəxsən iştirak edib və yadda qalan çıxışlar edib. Konfransda iştirak edən mədəniyyət xadimləri Ümummilli liderlə bağlı maraqlı xatirələrini də bölüşdülər, Tədbirdə Ümummilli liderin müxtəlif muzeylərdə çəkilmiş video-görüntü və foto şəkilləri izlənildi. Ulu öndərə həsr edilmiş iki kitabın və Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşının işlədiyi rəsm əsərinin təqdimatı keçirildi. Kitablardan biri Gülbəniz Babaxanlının “Ümummilli lider Heydər Əliyev Hüseyn Cavid irsinin böyük hamisi” adlı monoqrafiyası, digəri isə konfrans məruzələrinin toplusudur.

 

 



Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.