Abdulla Şaiqin Mənzil-Muzeyində “Ağ ölümə yox deyək!” adlı tədbir keçirildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün dövlət proqramı 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən 2023-cü il aprelin 28-də saat 14:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Abdulla Şaiqin Mənzil-Muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “Ağ Ölümə Yox Deyək!” adlı tədbir keçirildi.
Tədbirdə ADMİU-nun müəllim və tələbələri, Restart Reabilitasiya Mərkəzinin Binəqədi filialının proqram rəhbəri Niyaz Allahverdiyev və Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin rəhbəri Məlahət Abbasova iştirak etdilər.
Tədbirin aparıcısı muzeyin əməkdaşı Fəridə Məmmədova ilk sözü muzeyin direktoru Ülkər Talıbzadəyə verdi. Ülkər xanım qonaqları salamladı.
F.Məmmədova məruzə ilə çıxış etdi: “Uzun illərdir ki, bütün dünyanı öz cənginə almış bəşəri bəla olan narkomaniya son dönəmlərdə bütöv Azərbaycanda kütləvi şəkildə tüğyan etməyə başladığından, bu cür həssas və vacib mövzunun tədbir çərçivəsində yenidən işlənməsinin gəncliyimizin gələcək müqəddəratının təhlükəsizliyinin təmin edilməsi yolunda maarifləndirici əhəmiyyəti böyükdür.
Muzeyin yaradıcısı, A.Şaiq irsinin təbliğatçısı akademik Kamal Talıbzadə xatirələrində yazırdı ki, Abdulla Şaiq gəncliyi həmişə xalqın gələcəyini təmin edən, sarsılmaz, qarşısıalınmaz, həmişə qalib gələn bir qüvvə hesab edirdi və buna görə də bütün varlığını, həyatını ona həsr etmişdi. Bu səbəbdən də bu müqəddəs məkanda, “Şaiq ocağında” gəncliyin, bütövlükdə insanlığın xilasına həsr edilmiş “Ağ Ölümə Yox Deyək!” adlı tədbirin keçirilməsi təsadüfi deyil.
Gənclərlə qarşılıqlı fikir mübadiləsi formatında keçən tədbirdə M. Abbasovanın fikrincə, bu bəlanın qarşısını almaq üçün maddə asılılığı olan insanlar cəmiyyətdən təcrid olunmamalıdır, onlara mənəvi dəstək göstərməklə növbəti travmaların qarşısı alına bilər. Restart Reabilitasiya Mərkəzinin Binəqədi filialının proqram rəhbəri N.Allahverdiyev isə gənclərə kömək etməyin ən əsas yollarından biri kimi onların valideynlərini bu barədə məlumatlandırmağı məsləhət gördü. Reabilitasiya Mərkəzində apardıqları psixoloji yardım barədə məlumat verən N.Allahverdiyev mövzu ilə bağlı digər fikirlərini də bölüşdü, Restart Reabilitasiya Mərkəzində maddə asılığı olan insanlara müasir Amerika metodları ilə psixoloji kömək göstərilməsini nəzərə çatdırdı.
Sonda M.Abbasova və N.Allahverdiyev çoxsaylı suaalara cavab verdilər və “Ağ ölümə yox deyə!” şüarı ilə narkomaniyadan əziyyət çəkmiş, lakin müalicə nəticəsində sağalaraq həyatlarını yenidən qazanmış insanlardan ibarət video-çarx göstərildi.

 



Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.