Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Abdulla Şaiqin Mənzil-Muzeyində

 

29 sentyabr 2022-ci il tarixdə Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Abdulla Şaiqin Mənzil-Muzeyinin qonağı oldu. Muzeyin direktoru Ülkər Talıbzadə cənab səfiri muzeyin ekspozisiyası ilə tanış etdi və Abdulla Şaiqlə Litva ədəbiyyatının klassiki Vinsas Kreve-Miskeviçus arasında olan dostluq və əməkdaşlıq münasibətlərindən geniş danışdı. Eqidius Navikas müəllifi Mahir Həmzəyev olan “Azərbaycan-Baltik Mədəni Əlaqələri” kitabını Abdulla Şaiqin Mənzil-Muzeyinə şəxsən təqdim etdi və muzeyin rəy kitabında təəssüratlarını öz doğma litva dilində bölüşdü. Sonda cənab səfir Eqidius Navikas ilə muzey kollektivi birgə xatirə şəkli çəkdirdi.

 

 



Yanvar 2026
BE ÇA Ç CA C Ş B
« Dek    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.