Abdulla Şaiqin böyük qardaşı məşhur türkçü, publisist-yazıçı Axund Yusif Ziya Talıbzadə haqqında fakt

 

Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziya Talıbzadə müqəddəs Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcümə edilmiş nüsxələrindən birini Türk sultanına aparmışdır. Bu faktla yanaşı, digər maraqlı faktları soydaşımız Rəyanə Məlik-Aslanova da təsdiqlədi. Rəyanə xanımın bizlə bölüşdüyü bir sıra həqiqətləri sizə çatdırırıq:
Nənəmin atası Hacı Ələkbər bəy Nəsibbəyli Hacı Zeynalabdin bəylə yaxın dost idi. Hacı Ələkbər bəy və Hacı Zeynalabdin Tağıyev, bilmirəm, ya Türkiyədə, ya Almaniyada alman kralı İkinci Vilhelmlə görüşmüşdülər və onlar orada namaz qılanda Vilhelm soruşur ki, niyə Quran ərəb dilindədir, niyə bunu Azərbaycan dilinə tərcümə elətdirmirsiniz? Babam onu başa salır ki, Quran ərəb dilindədi və hamı da ərəb dilində qılır. O, onlara söyləmişdi ki, əgər Quran tərcümə olunsa, bir nüsxəsi də mənə hədiyyə olunsa, çox məmnun olaram və Quranı mənə təqdim eləyən adama çoxlu bəxşiş verərəm, hədiyyələr verərəm. Bunlar Bakıya dönəndən sonra, nənəmin atası ziyalı adam idi, universitet qurtarmışdı, bir neçə dil bilirdi. Hacı Zeynalabdin Tağıyev ona müraciət edib ki, Hacı Ələkbər bəy, bəlkə siz tapasız elə bir adam ki, Quranı tərcümə eləyə? Hacı Ələkbər bəy deyib ki, mən Yusif Ziya Talıbzadəyə müraciət eləyərəm. Yusif Ziya Talıbzadə onları Quranı tərcümə eləyənlə tanış edib. Quran tərcümə olunub Azərbaycan dilinə. O olub ilk Azərbaycan dilinə tərcümə olunan Quran. Və 1904-cü ildə çapdan çıxıb o Quran. O Quranın biri bizdədi, mənim qardaşımdadı, bir nüsxəsini mən dünən getdim, Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyinə, orada gördüm. Bir nüsxəsi də nənəm danışdığına görə, türk sultanına hədiyyə verilib, biri də alman kralına. Və bu iki – türk sultanına və alman kralına hədiyyə olunan Quranlar, nənəmin sözünə görə, bahalı daş-qaşlarla bəzənmişdi və onları Yusif Ziya Talıbzadə aparıb ona. Nənəm deyirdi ki, Yusif Ziya Quran alman kralına təqdim eləyəndə, alman kralı ona çoxlu bahalı hədiyyələr verib. Yusif Ziya Azərbaycana qayıdanda, o vaxt Azərbaycan ruslara tabe idi, dövlət onun hamısını Yusif Ziyanın əlindən almışdı. Nənəm deyirdi, buna görə Yusif Ziya inciyib İrana getmişdi.
Abdulla Şaiqin Mənzil-Muzeyinin ekspozisiyasında nümayiş olunan 1903-cü ildə Tiflisdə çəkilən bu fotoda Abdulla Şaiq, qardaşı Yusif, bacısının əri Mirzə Tağı Rzayev yer alıb.


Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.