Abdulla Şaiqin Mənzil-Muzeyinə maraqlı ziyarət

 

Muzeyimizi xaricdə, Hollandiyanın Utrecht şəhərində yaşayan soydaşımız Rəyanə Məlik-Aslanova ziyarət etdi. Rəyanə xanım tanınmış Azərbaycan ziyalılarından olan Hacı Ələkbər bəy Nəsibbəylinin nəvəsidir. Olduqca qiymətli məlumatlara malik olan Rəyanə xanımın sözlərinə görə, görkəmli şair, yazıçı, dramaturq, böyük pedaqoq Abdulla Şaiq və böyük qardaşı dövrünün tanınmış hərbçisi və publisist-yazıçısı olan Axund Yusif Ziya Talıbzadə onun nənəsinə və nənəsinin bacılarına müəllimlik edib. Abdulla Şaiq Azərbaycan dili və ədəbiyyatı, Axund Yusif Ziya Talıbzadə isə şəriət dərsləri keçib. Bir çox xatirələri nənəsindən eşidən həmyerlimiz, Bakıya gələr-gəlməz muzeyimizi ziyarət edərək bu qiymətli məlumatları bizlə də bölüşdü. Azərbaycanı çox sevdiyi bildirən Rəyanə xanım, muzeyin rəy kitabına öz fikirlərini yazdı və bizə çox təşəkkür etdi.


May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.