Abdulla Şaiqin Mənzil-Muzeyində “Gözəl Bahar” adlı tədbir keçirildi

 

Abdulla Şaiqin Mənzil-Muzeyində “Gözəl Bahar” adlı tədbir
12 mart 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyi və Nizami rayonu 328 saylı tam orta məktəbin birgə təşkilatı ilə Novruz bayramına həsr edilmiş “Gözəl bahar” adlı tədbir baş tutdu.
Tədbirin aparıcısı muzeyin əməkdaşı Arzu Nuraliyeva idi. O, ilk sözü muzeyin direktoru Ülkər Talıbzadəyə verdi. Ülkər xanım qonaqları salamlayaraq, tədbirin məhz bu muzeydə keçirilməsinin heç də təsadüfi olmadığını vurğuladı. Qeyd etdi ki, Abdulla Şaiq öz yaradıcılığında hər zaman yazın gəlişi, bahar mözusuna xüsusi yer ayırıb. Ədib uşaq ədəbiyyatında ilk dəfə dram janrına müraciət edərək balaca oxucular üçün “Gözəl Bahar” pyesini yazıb və bununla da uşaq dramaturgiyasının əsasını qoyub. Ülkər Talıbzadə Abdulla Şaiqin özünün vəsf etdiyi bahar kimi qonaqlara şən həyat, sevincli günlər arzuladı və onların qarşıdan gələn Novruz bayramlarını təbrik elədi və tədbiri açıq elan etdi.
Daha sonra məktəblilər ədibin “Tıq-tıq xanım” mənzum nağılı və “Danışan gəlincik” pyesi əsasında hazırladıqları tamaşaları göstərdilər. Şagirdlər hər biri öz aktyorluq bacarıqlarını yüksək səviyyədə göstərərək tamaşaları olduqca həvəslə ifa etdilər. Bu baxımdan uşaqların gözəl çıxışlarının ərsəyə gəlməsində xüsusi rolu onların sinif rəhbərləri Şəhla Əliyeva oynadı. Şagirdlərin təqdim etdikləri bayram tamaşasına rəhbərlik edən Şəhla müəllimə də çıxış edərək bütün qonaqların bayramını təbrik etdi və Abdulla Şaiqin Mənzil-Muzeyinə bu tədbirin həyata keçirilməsində yaratdıqları şəraitə görə dərin təşəkkürünü bildirdi.
Səhnəciklərin nümayişindən sonra muzeyin kiçik elmi işçisi Məmmədli Elminaz “Abdulla Şaiq və bahar” mövzusunda məruzə ilə çıxış etdi. O, Novruz bayramının tarixi, yaz-bahar mövzusunun Azərbaycan ədəbiyyatındakı, eləcə də məhz Abdulla Şaiq yaradıcılığındakı yeri və Şaiqin baharı necə vəsf etməsi haqqında məlumat verdi. O bildirdi ki, yaz fəsli Şaiq yaradıcılığında əsl təbiət hadisəsi kimi – yaşıl otların, torpağın, axan suların cana gəlməsi, ağacların çiçəklənməsi şəklində canlandırılır. Çıxışının sonunda o da öz növbəsində qonaqları qarşıdan gələn bahar bayramı münasibətilə təbrik etdi.
Məruzədən sonra məktəblilər şeirlər söylədilər. Bu tədbirin xüsusi bir cəhəti də ondan ibarət idi ki, burada təkcə şagirdlər yox, habelə valideynlər də milli geyimlərdə şeirlər ifa etdilər.
Bayram tədbiri valideynlər və məktəblilərin ifasında bayram əhval-ruhiyyəli yallı rəqsi ilə sona yetdi.


Noyabr 2024
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.