Abdulla Şaiqin Mənzil-Muzeyində Qarabağ – Vətən müharibəsinə həsr edilmiş “Qələbəmizi yaşadanlar” adlı tədbir keçirildi
30 oktyabr 2021-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyində II Qarabağ müharibəsinin ildönümü – Zəfər bayramı münasibətilə “Qələbəmizi yaşadanlar” adlı tədbir keçirildi. Tədbir 44 günlük müharibənin qəhrəmanlarına, bu qəhrəmanların keçdikləri zəfər yoluna və bizə yaşatdıqları qələbəyə həsr edildi.
Tədbirdə Vətən müharibəsinin veteranları, onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Mədəniyyət Nazirliyinin Muzeylər və Daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı, kitabxana və muzey əməkdaşları, musiqiçilər, məktəblilər, KİV nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbir daha sonra şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi.
Çıxış üçün ilk söz muzeyin direktoru Ülkər Talıbzadəyə verildi. Mədəniyyət Nazirliyinin Muzeylər və Daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı tədbir iştirakçılarını salamladı və Qarabağ – Vətən müharibəsi ilə bağlı öz fikirlərini bölüşdü. Növbəti söz II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Vüqar Muxtarova verildi. Tarix üzrə elmlər doktoru Minaxanım Əsədova və yazıçı-jurnalist Zərəngiz xanım mövzu ilə bağlı çıxış etdilər. Tədbirin bədii hissəsində ADMİU-nun magistrı Yusif Cəfərbəyli II Qarabağ müharibəsində dastana dönən “Xudayar” təsnifini ifa etdi, məktəbli dostlar vətənpərvərliyi vəsf edən şeirlər söylədilər. Tədbirdə II Qarabağ müharibəsinin ildönümü – Zəfər bayramı münasibətilə hazırlanmış slayd-şou da göstərildi.
Sonda müharibə veteranlarına muzeyin xatirə hədiyyələri təqdim edildi.
Tədbirin layihə rəhbəri Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi Əsədova Güneldir.

























Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.