ABDULLA ŞAİQ MƏKTƏBİ. QUBA RAYONU RUSTOV KƏNDİNİN YEKTAR MƏHƏLLƏSİNDƏ YERLƏŞƏN ABDULLA ŞAİQ ADINA MƏKTƏB

 

Milli intibah tərəfdarı olan maarifçi yazıçı, ömrünün çox hissəsini – 34 ilini müəllimliyə, gənc nəslin tərbiyəsinə, təhsillənməsinə həsr edən böyük pedaqoq, romantizmlə realizmin vəhdətində yazıb-yaradaraq, daha çox romantizm yolunu tutan sevimli şair, Azərbaycan ədəbiyyatının klassik yazarı Abdulla Şaiq Talıbzadə öz həyatını bütünlüklə Azərbaycan maarifinin inkişafına, yeni tipli məktəblərin açılmasına, təlimin doğma ana dilində – Azərbaycan dilində aparılması, məktəb yaşlı uşaqlar üçün əvvəllər mövcud olmayan ana dilli dərsliklərin tərtib edilməsi, ibtidai və orta məktəblərin inkişafı, milli müəllim kadrların hazırlanması kimi problemlərin həllinə həsr edib. Onun bu yolda atdığı ən uğurlu və təqdirəlayiq addımlardan biri isə Quba rayonunun Rustov kəndi Yektar məntəqəsində öz qaldığı evdə məhəllə uşaqları üçün məktəb açması idi. Rustov orta məktəbi dağ yolu olduğundan çox uzaqda yerləşirdi. Yollar kiçik yaşlı uşaqların həmin məktəbə gedib-gəlməsi üçün olduqca əlverişsiz, palçıqlı idi. Ədib bunları nəzərə alaraq öz qaldığı evdə dörd sinifli məktəb açmaq qərarına gəlir və bu işi həyata keçirir. Şagirdlər dörd sinifli Abdulla Şaiq məktəbini bitirdikdən sonra təhsillərini Rustov orta məktəbində davam etdirirdilər. Daha sonralar kəndin Əli məntəqəsində Abdulla Şaiq məktəbinin nəzdində uşaq bağçası fəaliyyətə başlayıb. Hal-hazırda həmin məktəb öz fəaliyyətini davam etdirir. Məktəbin ilkin ünvanda yerləşdiyi görüntüləri sizə təqdim edirik.

 



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.