Abdulla Şaiqin Mənzil-Muzeyinin “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyi ilə video-konfransı baş tutdu.
Abdulla Şaiqin Mənzil-Muzeyinin “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyi ilə video-konfransı baş tutdu.
Abdulla Şaiqin Mənzil-Muzeyi mövcud pandemiya şəraitində mütəmadi olaraq onlayn tədbirlərdə iştirak edir. Bu gün növbəti tədbirlərdən biri həyata keçdi. Belə ki, Abdulla Şaiqin Mənzil-Muzeyinin davamlı olaraq əməkdaşlıq etdiyi muzeylərindən biri, “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyi ilə birgə video-konfransı həyata keçdi. Video-konfransda hər iki muzeyin əməkdaşları iştirak etdilər. Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyini direktor Ülkər Talıbzadə, direktor müavini Rauf Kərimov, baş mühafiz Səidə İsmayılova, kiçik elmi işçi Elminaz Məmmədli, ekskursiyaçı Fəridə Məmmədova, “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyini isə Davıdkina Qalina Vladimirovna, elmi işçi Aykaşeva Valentina Nikolaevna, ekskursiyaçılar Telyatnikova Tatyana İvanovna, Maksimova Svetlana Vladimirovna, İlüşina Natalya Aleksandrovna təmsil etdilər.
Video-konfransın əsas mövzusu “Muzeylərdə uşaq proqramları” idi. “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyinin əməkdaşı Davıdkina Qalina Vladimirovna Lermontovun dövründə toy mərasimlərindən, həmin dövrün məktublaşma ənənələri və qaydalarından, uşaqlarla rəssamlıq məşğələlərinin keçirilməsindən danışdı. Aykaşeva Valentina Nikolaevna və İlüşina Natalya Aleksandrovna muzeydə keçirilən digər kütləvi tədbirlər və uşaq proqramları haqqında məlumat verdilər. Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə də öz növbəsində mövzu çərçivəsində muzeyin uşaqlarla aparılan maarifləndirici proqramlardan danışdı. Bildirdi ki, muzey mütəmadi olaraq azyaşlılara Abdulla Şaiqin uşaq əsərlərinə elə muzey əməkdaşlarının özləri tərəfindən hazırlanmış kukla tamaşaları göstərir, rəssamlıq üzrə ustad dərsləri həyata keçirir. Hər iki muzeyin əməkdaşları belə bir video-konfransın baş tutmağına, qarşılıqlı əməkdaşlıq etdiklərinə və təcrübə mübadiləsi apardıqlarına görə məmnunluq duyduqlarını birldirdilər. Növbəti görüşlərin keçiriləcəyinə ümid etdiklərini bildirdilər. Sonda gələcək virtual işçi görüşlərin mövzuları müzakirə edildi.
Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.