“Qurtuluşdan zəfərə gedən yol”. Abdulla Şaiqin Mənzil-Muzeyində tədbir keçirildi.

 

14 iyun 2021-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyində Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan zəfərə gedən yol” adlı onlayn tədbir (ZOOM tətbiqi üzərindən) keçirildi. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi ilə Xətai rayonu 58 saylı tam orta məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə baş tutdu. Tədbirin aparıcısı və məktəblilərin bədii yaradıcılıq işində böyük əziyyəti olan Arzu Hacızadə qonaqları salamladıqdan sonra tədbiri açıq elan etdi. Şagirdlər müxtəlif müəlliflərin vətənpərvərliyə aid şeirlərini səsləndirdilər. Abdulla Şaiqin Mənzil-Muzeyinin elmi işçisi Elminaz Məmmədli məruzə ilə çıxış etdi. Muzeyin əməkdaşı Rauf Kərimov da çıxış edərək, iştirak edən qonaqlara təşəkkürünü bildirdi.

 



Mart 2026
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.