“Narkomaniya – Ağ Ölümə Son!”. Abdulla Şaiqin Mənzil-Muzeyində tədbir keçirildi.

 

Narkomaniya – Ağ Ölümə Son!

2021-ci il iyunun 5-də Abdulla Şaiqin Mənzil-Muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “Narkomaniya – Ağ Ölümə Son!” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdir.

Tədbirdə həkim-psixiatr, narkoloq, tibb elmləri namizədi, Bakı Narkoloji Mərkəzinin həkimi Fəzail Sadıqov, Xətayi rayonu 58 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak etdilər.

Dəvət olunan qonaqlar mövzuyla bağlı fikirlərini bölüşdülər. Tədbirdə çıxış edən həkim-narkoloq Fəzail Sadıxov, gənc nəsli narkotik bəlasından qorumaq üçün aparılan təbliğat məsələlərini müzakirə etdi, bu bəladan çəkinməyin profilaktik tədbirlər haqqında maarifləndirici fikirlər söylədi. Tədbirdə “ağ ölüm” mövzusunun incəsənətdə və ədəbiyyatda inikasından söhbət açıldı.

 



Yanvar 2026
BE ÇA Ç CA C Ş B
« Dek    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.