“Aprel qələbəsi – Qarabağın açarı” (Onlayn tədbir)

 

3 aprel 2021-ci ildə Abdulla Şaiqin Mənzil-Muzeyi və Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Aprel qələbəsi – Qarabağın açarı” adlı onlayn tədbir (Zoom tətbiqi vasitəsilə) baş tutdu. Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü liseyinin şagirdləri və müəllim heyəti, Bakı şəhərində yerləşən muzeylərin əməkdaşları iştirak etdilər. Aparıcı muzeyin əməkdaşı yazıçı Arzu Hacızadə qonaqları salamladıqdan sonra sözü liseyin direktoru Arzu xanım Daşpoladovaya, Salyan rayon təhsil şöbəsinin metodisti Validə Cəbrayılzadəyə, təlim-tərbiyə işləri üzrə direktor müavini Tamella Əhmədovaya, Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Əbilovaya verdi. Tədbir vətənpərlik mövzusu ilə bağlı olan şeir, çıxış və məruzələrlə davam etdi. Növbəti çıxış üçün sözü Abdulla Şaiqin Mənzil – Muzeyinin böyük elmi işçisi Günel Əsədovaya, muzeydə istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Muzeyinin tələbəsi Sənan Qarabağlıya verildi. Tədbirin təşkili üçün liseyin müdiriyyətinə təşəkkür edirik.

 



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.