Abdulla Şaiq – 140. Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının ingilis dilinə tərcümə olunmuş variantı

 

 Abdulla Şaiq – 140
Görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi münasibətilə bağlı maraqlı bir təşəbbüs göstərmiş və Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılını Azərbaycan dilindən ingilis dilinə tərcümə etmişdir.
Həmçinin, bu əlamətdar tarix ilə əlaqədar olaraq Nadim Əliyev “Tıq-tıq xanım” nağılını ingilis dilində kitab formatına salmışdır. İllüstrasiyaların muəllifi Alex Bjelicadır.
Abdulla Şaiqin 140 illik yubileyi münasibətilə Azərbaycanın ən görkəmli
uşaq kitab yazıçısını qeyd etmək və ehtiramla anmaq istərdik. Yazıçının
qələmə aldığı ən məşhur nağıllardan biri olan “Tıq-tıq xanım” artıq
kitab formasında ingilis dilində də mövcuddur.
“Tıq tıq xanım” kitabını Amazon saytında 24 Fevral  saat 12:00-dan 28
Fevral saat 00:00-dək elektron kitab formasında pulsuz olaraq əldə etmək
mümkün olacaqdır.
Kitabı əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.
Əziz oxucular! Kitabı oxuduqdan sonra saytın şərh bölməsində fikirlərinizi və
şərhlərinizi qeyd etməyinizi xahiş edirik.​ Nağılın dünyaya tanıdılması
eləcə də Azərbaycan mədəniyyətin inkişafı və tanıdılması üçün sizin
fikirlərinizin həmçinin “Goodreads” saytında dərc edilməsi bizim üçün
çox vacibdir. Şərhlərinizi aşağıdakı linkə keçərək yaza bilərsiniz.
                          Nadim Əliyev


Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.