Abdulla Şaiq – 140. “Dil mədəniyyətin açarıdır” /Abdulla Şaiq/
20 fevral 2021-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş “Dil mədəniyyətin açarıdır” /Abdulla Şaiq/ adlı onlayn tədbir keçirildi. Tədbirin aparıcısı muzeyin ekskursiyaçısı Arzu Hacızadə çıxış üçün ilk sözü muzeyimizin direktoru Ülkər Talıbzadəyə verdi. Daha sonra muzeyimizin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və kiçik elmi işçisi Elminaz Məmmədli ədibin dil mövzusunda fikirlərini paylaşdılar. Daha sonra söz Abdulla Şaiq adına kitabxananın direktoru Yəmən Əliyevaya verildi. Tədbirin ədəbi hissəsində Nərimanov rayon 45 saylı və Kəlbəcər rayon 126 saylı orta məktəblərin şagirdləri iştirak etdilər. Tədbirin sonunda “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aygün Zamanova muzey kollektivinə təşəkkürünü bildirdi. Tədbir Abdulla Şaiqin 140 illik yubileyi çərçivəsində təşkil edilmiş tədbirlər silsiləsinə aiddir.

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.