“Nizami Gəncəvi dühası Abdulla Şaiq irsində”

 

06 fevral 2021-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyi ilə Xətai rayonu 58 saylı orta məktəbin birgə təşkil etdiyi “Nizami dühasının izləri Abdulla Şaiqin yaradıcılığında” onlayn tədbir həyata keçirildi. Tədbir Zoom tətbiqi vasitəsilə baş tutdu. Tədbirdə Üzeyir Hacıbəylinin Ev-muzeyinin, Nəriman Nərimanovun Xatirə Muzeyinin, Bakı Modern Təhsil Kompleksinin nümayəndələri, 58 saylı orta məktəbin müəllim və şagirdləri, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları iştirak etdilər.
Aparıcı, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Arzu Hacızadə qonaqları salamlayıb tədbir haqqında qısa məlumatından sonra sözü Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadəyə verdi. Ülkər Talıbzadə də öz növbəsində tədbir iştirakçılarını salamladı və onlara iştiraklarına görə təşəkkür etdiyini bildirdi. Daha sonra söz muzeyin böyük elmi işçisi, şaiqşünas f.e.d. Arzu Hacıyevaya verildi. Arzu Hacıyeva “Nizami Gəncəvi dühası Abdulla Şaiq irsində” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi Aytən Heydərova Nizami yaradıcılığının Azərbaycan musiqisində təcəssümü ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Azərbaycan dili və ədəbiyyatı müəllimi Aysel Cəfərzadə də Nizami yaradıcılığı təhsil proqramlarında mövzusunda  tədbir iştirakçılarını məlumatlandırdı.  Məktəbin 6-cı sinif şagirdləri Nizami Gəncəvinin əsərlərindən nümunələr səsləndirdilər. 3-cü sinif şagirdi Uğur Nuralizadə də Nizami Gəncəvi yaradıcılığından bir nümunəni səsləndirdi. Sonda Ülkər Talıbzadə bəstəkar Zülfüqar Hacıbəylinin Abdulla Şaiqin Nizami Gəncəvinin İsgəndərnamə poemasının təsiri ilə yazdığı Nüşabə dramına bəstələdiyi operanın əlyazmaları barədə məlumat verdi.

 



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.