“Soyqırım”

 

Abdulla Şaiqin və Nəriman Nərimanovun Ev- Muzeyləri Xocalı faciəsini yad etdilər.
Fevralın 22-də Nəriman Nərimanovun Xatirə Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş “Soyqırım” adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhərində yerləşən muzeylərin, Abdulla Şaiq adına Uşaq Kitabxanasının, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin əməkdaşları, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan İqtisad Universitetinin tələbələri, Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbinin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak etdilər.
Tədbirdə Xocalı şəhidlərinin xatirəsi yad edildi. İştirakçılar faciənin tarixi haqqında faktlardan danışdılar. Məktəblilər və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Cəfərbəyli tərəfindən bədii hissə təqdim edildi. Sonda isə faciənin 22-ci ildönümünə həsr edilmiş “Xocalı” filmi nümayiş olundu.

 



Mart 2026
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.