Qan yaddaşı
18 yanvar 2020-ci ildə Abdulla Şaiqin Mənzil Muzeyinin və Leopold və Mstislav Rostropoviçlərin birgə təşkilatçılığı ilə Qanlı 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş “Qan yaddaşı” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 dekabr tarixli sərəncamına əsasən keçirilən tədbir Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyində baş tutdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin direktoru Şeyla Heydərova, eyni zamanda digər tədbir iştirakçıları faciəylə bağlı yaddaşlarında qalanları danışdılar, dərin hüznlərini ifadə etdilər.
Tədbirin bədii hissəsində Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbinin şagirdlərinin ifasında “Ağla qərənfil”, “Şəhidlər” şeirləri və monoloq səsləndirildi, faciəylə bağlı səhnəcik göstərildi. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Arif Məlikovun “Adajio”, Paqanini-Şuman “Etüd – sol minor”, Vaqif Mustafazadənin “Tək-tənha” əsərlərini, muğamlarımızı etdilər. Azadə Hüseynovanın təqdimatında 20 yanvar hadisələrinə həsr edilmiş qısametrajlı film nümayiş etdirildi.



Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi
Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır
Bütün hüquqları qorunur.