Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı

 

29 oktyabr 2019-cu ildə Abdulla Şaiqin Mənzil Muzeyində ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabının təqdimatı keçirildi. Tədbirdə, həm də ömrünün 50 ilindən çoxunu ədəbiyyatşünaslığın ən çətin və ən gərəkli sahələrindən biri olan mətnşünaslıq sahəsinə, xüsusilə satirik mətbuatda gizli imzaların araşdırılmasına həsr edən Elmira xanım Qasımovanın bu il yubileyinin olduğu vurğulandı.
Təqdimat mərasimində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, muzey nümayəndələri, Abdulla Şaiq adına kitabxananın işçiləri iştirak etdilər.
Tədbiri muzeyin direktoru Ülkər xanım Talıbzadə açdı. Qonaqları salamlayan Ülkər xanım belə tədbirlərin Abdulla Şaiqin Mənzil Muzeyində keçirilməsinin təsadüfi olmadığını, muzeyin qapılarının ədəbi və elmi ictimaiyyətin üzünə hər zaman açıq olduğunu bildirdi. Direktor onu da qeyd etdi ki, muzey ədəbiyyata, elmə yüksək qiymət verən Talıbzadələr ailəsinin ənənələrini bu gün də davam etdirir. Ülkər xanım təqdim olunan yeni kitab haqqında danışmaq üçün sözü Elmira xanım Qasımovaya verdi. Tədbirin Abdulla Şaiqin Mənzil Muzeyində təşkil olunmasından məmnun olduğunu bildirən müəllif kitabın ərsəyə gəlməsindən, mündəricəsindən söz açdı.

Daha sonra söz digər tədbir iştirakçılarına verildi. Ziyalılar öz fikirlərini qonaqlarla bölüşdülər. Tədbir boyunca Elmira xanıma həsr olunmuş slayd-şou nümayiş etdirildi.

 



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.