Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi

 

15 oktyabr 2019-cu ildə Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirildi. “Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmiş “Türk ocağı” cəmiyyəti ilə birgə təşkil edildi.
3 iyul 1911-ci ildə Məhəmməd Əmin Yurdaqul, Akçura oğlu Yusif, M.Ə.Tevfiq (Yüksələn), Emin Bülənt Sərdaroğlu və Əhməd bəy Ağaoğlu tərəfindən Osmanlıda əsası qoyulmuş “Türk ocağı” türkçülük ideyalarını təbliğ edən bir cəmiyyət olmuşdur. İstanbulda yaradılan bu cəmiyyətin şöbələri çox keçməmiş Türkiyənin bir çox bölgələrində də yaradılmışdır. Cəmiyyətin bir şöbəsi 1918-ci ildə Azərbaycanda fəaliyyətə başlamışdır. “Türk ocağı”nın Azərbaycan şöbəsinin yaradıcıları Abdulla Şaiq, Əhməd Cavad və Tağı Nağızadə olmuşlar.
Anım gününə həsr olunmuş tədbirdə “Şərq” qəzetinin baş redaktoru, “Türk ocağı” cəmiyyətinin sədri t.ü.f.d. Akif Aşırlı; t.ü.f.d., dosent, Firdövsiyə Əhmədova; cəmiyyətin üzvləri; Bakı muzeylərinin əməkdaşları, ADMİU, BDU və ADU-nun müəllimləri və A.Şaiq adına kitabxananın nümayəndələri iştirak etdilər. Tədbir bədii hissə və dəvət olunmuş qonaqların maraqlı çıxışları ilə vəhdətdə təşkil edilmişdi.

 

 
 


Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.