Abdulla Şaiq və teatr

 

27 iyun 2019-cu il saat 14:00-da YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abdulla Şaiqin Mənzil Muzeyində “Abdulla Şaiq və teatr” adlı tədbir keçirildi. Tədbir Abdulla Şaiqin Mənzil Muzeyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə baş tutdu.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Ülkər Talıbzadə açdı. Muzeyin böyük elmi işçisi Günel Əsədova “Abdulla Şaiq və teatr” adlı məruzəylə çıxış etdi. Azərbaycanın Xalq artisti Ağaxan Salmanlı A.Şaiqin teatr fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü. Daha sonra Gənc Tamaşaçılar Teatrının aktyorları Abdulla Şaiqin əsərlərindən səhnələr göstərdilər. Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsinin elmi işçisi, teatrşünas Məlahət  Ağayeva  çıxış  etdi. O, A.Şaiqin  “Xatirələrim”  əsərindən danışdı. Ədibin dram əsərlərinə yazılmış musiqi nömrələri səsləndirildi.

“Abdulla Şaiq və teatr” mövzusunda slayd-şou göstərildi.

 

 

 

 

 

 



May 2026
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.