Abdulla Şaiqin Mənzil Muzeyində uşaq bayramı

 

30 may 2019-cu ildə Abdulla Şaiqin Mənzil Muzeyində 1 iyun Uşaqların Beynəlaxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Nəsimi rayonu 108 saylı uşaq bağçasının təşkilatı ilə baş tutdu. Tədbirdə Nəsimi rayonunda yerləşən uşaq bağçalarının – 22 saylı uşaq bağçasının müdiri Y.Abduləzizova, 52 saylı uşaq bağçasının müdiri R.Zeynalova, 174 saylı uşaq bağçasının müdiri M.İskəndərova, 45 saylı uşaq bağçasının müdiri Z.Şıxəliyeva və Bakı şəhəri Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nümayəndəsi F.Hacıyeva iştirak etdilər. Ədəbi-bədii hissəni giriş sözü ilə 108 saylı uşaq bağçasının müəlliməsi Ş.Hüseynova açdı. Daha sonra Abdulla Şaiqə həsr edilmiş video-çarx nümayiş etdirildi. Körpələr geniş, maraqlı və rəngarəng bədii proqramla çıxış edərək, Abdulla Şaiqin onlar üçün yazdığı şeirləri, nağılları, ədibin sözlərinə yazılmış mahnıları özlərinəməxsus bədii zövq və məharətlə ifa etdilər. Sonda isə bağçanın müdiri E.Babayeva və muzeyin direktoru Ü.Talıbzadə uşaqları bayram münasibətilə təbrik etdilər, tədbirlə bağlı ürək sözlərini və rəylərini bölüşdülər.

 

 



Avqust 2026
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.