1 iyun “Beynəlxalq Uşaqların Müdafiəsi günü”

 

01 iyun 2018-cü il tarixdə Abdulla Şaiqin Mənzil Muzeyində 1 iyun “Beynəlxalq Uşaqların Müdafiəsi günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Kaspi Təhsil Mərkəzinin müəllim və ibtidai sinif şagirdləri iştirak etdilər. Uşaqlar muzeyin ekspozisiyası ilə tanış oldular, ədibin həyat və yaradıcılığı barədə mühazirə dinlədilər.
Bədii hissədə məktəblilər Abdulla Şaiqin əsəri əsasında hazırlanmış kukla tamaşasını, sevimli yazıçılarına həsr edilmiş telefilmi seyr etdilər. Tədbirdə ədibin əsərlərindən nümunələr səsləndirildi.



Avqust 2026
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.