Heydər Əliyev – 95

 

10 may 2018-ci il tarixində Azərbaycan Musiqi Məddəniyyəti Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi Abdulla Şaiqin ev-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Heydər Əliyev və musiqi incəsənəti”, elmi işçi Elminaz Məmmədli “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzularında çıxış etmişlər. Onların çıxışları mövzu üzrə slayd-şou ilə müşayiət olunmuşdur.

“Aytam” uşaqların mədəni-maarifləndirilməsi ictimai birliyinin üzvlərinin ifalarında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağayinin “Heydərnamə”əsəri, “Küçələrə su səpmişəm”, “Qaragilə” xalq mahnıları (bədii rəhbər: Xalq artisti Munis Şərifov, solistlər: Əməkdar artist: Nuriyyə Hüseynova, Hüseyn Məlikov), Azərbaycan Milli Konservatoriyasının tələbələrinin – Samir Mürşüdov (xanəndə), Rəhman Kərimov (tar), Davud Musayev (kamança), Səkinə İsmayılova (f-no), Şahmuraz Muradov (vokal) ifalarında Ələkbər Tağıyevin “Azərbaycan oğluyam”, Əlibaba Məmmədovun “Vətən yaxşıdır” və “Yaşa hələ” mahnıları, C.Cahangirovun “Alagöz” mahnısı, T.Quliyevin “Prelüd”ü ifa olunmuşdur.

 



Yanvar 2026
BE ÇA Ç CA C Ş B
« Dek    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/archive/images/submenu3.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.