Abdulla Şaiq-137

 

23 fevral tarixində Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşları ədibin 137-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda qəbirüstü abidəsi önündə tədbir keçirdilər.  Tədbirdə muzeyin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə, muzeyin böyük elmi işçisi, tədqiqatçı Arzu Hacıyeva çıxış edərək, Abdulla Şaiqin həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, onun Azərbaycan ədəbiyyatındakı rolundan danışdılar. Tədbirdə ADMİU-nun tələbələri də iştirak etdilər. Onlar ədibin yaradıcılığına müraciət edərək onun bir sıra şeirlərini səsləndirdilər.



Avqust 2026
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
 

 

 

 

http://abdullashaig.az/az/wp-content/themes/shaig/index/images/04.png

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.