Repressiya illərində ədəbiyyat və incəsənət

 

2017-ci il mayın 18-də Abdulla Şaiqin Mənzil Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq”  mövzusunda “Repressiya illərində ədəbiyyat və incəsənət” adlı tədbir keçirildi.

Tədbirdə avtoritar sovet rejiminin 1930-cu illərdə həyata keçirdiyi kütləvi repressiyalardan, keçmiş sovet məkanında yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının həyatında baş verən dəhşətli, faciəli hadisələrdən danışıldı. ADMİU-nun dosenti fəlsəfə üzrə elmlər doktoru Mübariz Süleymanlı, AMEA-nın aparıcı elmi işçisi Arzu Hacıyeva, A.Şaiqin Mənzil Muzeyinin elmi işçisi Günel Əsədova repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının, “pantürkist”, “panislamist”, “xalq düşməni” damğası altında güllələnmiş, sürgün edilmiş yazıçı və şairlərinin, elm və mədəniyyət xadimlərinin, onların ailələrinin acı talelərindən, repressiya dövrünün ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi sarsıdıcı zərbələrdən söhbət açdılar. Tədbirdə həmçinin Talıbzadələr nəslinin nümayəndələri, Abdulla Şaiqin və onun böyük qardaşı Yusif Ziya Talıbzadənin, repressiya dövrü həyat və yaradıcılıq fəaliyyətindən məlumat verildi.

A.Şaiqin Mənzil Muzeyinin əməkdaşı Fəridə Məmmədova, Nizami rayonu Uşaq və Gənclər Mərkəzinin Teatr Dərnəyinin üzvü, gənc istedad Zeynalabdin Bağırzadə A.Şaiqin və C.Cabbarlının şeirlərini ifa etdilər, mövzu ilə bağlı slayd-şou və video-çarxlar nümayiş etdirildi. Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun alimləri, ADMİU-nun müəllim və tələbələri, muzey əməkdaşları iştirak etmişlər.



Dekabr 2025
BE ÇA Ç CA C Ş B
« Okt    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
 

 

 

 

Copyright © 2016 - 2017 - Abdulla Şaiqin mənzil muzeyi

Sayt "IT Service" MMC tərəfindən hazırlanmışdır

Bütün hüquqları qorunur.